18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Qazaxıstanlı məşqçi: Biz Bakıdan medallarla ayrılmağa ümid edirik
"Qazaxıstanın kişi idman gimnastikası üzrə milli komandası Bakıdan medallarla ayrılmağa ümid edir".
Emtv.az xəbər verir ki, bunu trend-ə komandanın baş məşqçisi Aleksandr Kim deyib.
Baş məşqçi qeyd edib ki, Bakıdakı yarışlara 3 gimnast gəlib və onlardan biri Melburnda keçirilmiş Dünya Kuboku mərhələsinin qalibidir: "Bu yarış bu il ikinci yarışımızdır. Biz artıq Melburnda Dünya Kubokunda iştirak etmişik. Orada gimnastımız Nəriman Qurbanov birinci yeri tutub. Ondan başqa yarışda daha iki gimnast - Yerbol Cantıkov və Daniil Baturin iştirak edəcək".
A.Kim onu da əlavə edib ki, Azərbaycandan yüksək səviyyəli təşkilatçılıq gözləyir: "Ötən il mən burada Dünya Kubokunda olmuşam və onu deyim ki, Azərbaycanda yarışların təşkilatçılığı hər zaman yüsək səviyyədə olur. Bu il biz Bakıya təlim-məşq toplanışlarına gəlmək qərarı verdik. Bizə bu cür imkan yaratdıqlarına görə Azərbaycan Gimnastika Federasiyasına və Qazaxıstan Milli Olimpiya Komitəsinə minnətdarlığımızı bildiririk. Biz artıq 12 gündür ki, Bakıdayıq və onu deyim ki, Milli Gimnastika Arenasında yaradılan şərait əladır".
Emtv.az