18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Dünyada analoqu olmayan raket kompleksini sınaqdan keçirdik” – Putin
Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən Federal məclisdə hipersəs sisteminə malik yeni “Xəncər” aviasiya-raket kompleksini sınaqdan keçirdiklərini deyib.
Emtv.az xəbər verir ki, Putinin sözlərinə görə bu sistemin dünyada analoqu yoxdur.
“Sınaq uğurla nəticələnib. Bundan əlavə keçən ilin 1 dekabrından kompleks Cənub hərbi dairəsi aerodromlarında döyüş təcrübəsi növbəsi çəkməyə başlayıb. Yüksək sürətli təyyarə daşıyıcısının unikal uçuş-texniki göstəriciləri raketi hədəfə bir neçə dəqiqə ərzində atmağa imkan verir. Bununla yanaşı səs sürətindən 10 dəfə daha sürətli uçan hipersəs raketi manevr də edə bilir” – Putin belə deyib.
Onun sözlərinə görə, bu mövcud olan və perspektivi gözlənilən bütün raket əleyhinə sistemlərin müdafiəsini yarmağa və nüvə və qeyri-nüvə başlıqlarını 2 min kilometrdən çox uzaqlığa aparmağa imkan verir:
“Biz bu sistemi “Xəncər” adlandırdıq” Putin Rusiyanın “Sarmat” raket kompleksinin aktiv sınaq fazasına başladığını qeyd edib.
Emtv.az