18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Turistlərin sərhəd-buraxılış məntəqələrini rahat şəkildə keçmələri diqqət mərkəzində saxlanılır
Azərbaycanın inkişaf edən turizm sənayesi, qurulan müasir infrastruktur, xidmət keyfiyyətinin yaxşılaşdırılması, sistemli təbliğat işləri, ən əsası isə viza sisteminin sadələşdirilməsi ölkəmizə turist axınının sürətlənməsində mühüm rol oynayır.
Prezident İlham Əliyevin 20 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı da sərhəd keçmə prosesi zamanı yaranan vaxt itkisinin aradan qaldırılması, həmçinin yarana biləcək sıxlığın qarşısının alınması, eyni zamanda, sərhəd-keçid məntəqələrində viza rəsmiləşdirilməsinin həyata keçirilməsini əhatə edir.
Bundan əlavə, dövlət başçısının 2016-cı il 27 dekabr tarixli Fərmanı ilə təsdiq edilən Turizm Şurası haqqında Əsasnamədə turizm sahəsində işlərin gedişatı, o cümlədən sərhəd-buraxılış məntəqələrindən turistlərin Azərbaycan Respublikası ərazisinə buraxılışının həyata keçirilməsi ilə bağlı müşahidələr aparılmasını təmin etmək, məlumatları toplamaq, təhlil etmək, məmnunluq anketi tərtib etmək və müvafiq informasiyanı müntəzəm olaraq ictimaiyyətə açıqlamaq əksini tapıb.
Mədəniyyət və Turizm Nazirliyindən Emtv.az-a bildirilib ki, ölkəmizə gələn turistlərin sərhəd-buraxılış məntəqələrini rahat şəkildə keçmələri diqqət mərkəzində saxlanılır, bu kontekstdə müvafiq addımlar atılır. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə sərhəd-buraxılış məntəqələrində müşahidələr aparır, mövcud vəziyyət təhlil edilir, sərhəd keçmə prosedurlarının sadələşdirilməsi və sürətli keçidin təmin edilməsi istiqamətində müvafiq təkliflər hazırlanaraq Azərbaycan Turizm Şurasına təqdim olunur.
Qeyd olunan dövlət orqanlarının nümayəndələri xüsusilə bayram günlərində və yay turizm mövsümündə, yəni ölkəmizə səfər edən xarici turistlərin sayının daha çox olduğu dövrlərdə bu prosesi həyata keçirirlər. Ötən ilin mart və iyun aylarında bu istiqamətdə müşahidələr aparılıb və müvafiq təkliflər Turizm Şurasına təqdim edilib.
Növbəti müşahidə prosesinin cari ilin martında aparılması nəzərdə tutulur.
İlkanə Orucova
Emtv.az