17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Faiq ƏHMƏDOV: Azərbaycan o zaman qüdrətli dövlətə çeviriləcək ki, ... VİDEO-FOTOLAR
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 26 il keçir. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.
Hər il olduğu kimi bu ildə Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmıdılar.
Emtv.az xəbər verir ki, “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov Azərbaycan Tibb Univerisitetinin professoru Rəşid Mahmudovla və respublikanın bir qrup tanınmış ziyalıları ilə birlikdə anım mərasimində iştirak etmişdilər.
Nəzərinizə çatdırırıq ki, tədbirdə iştirak edən "EsmaMedia" TV-internet kanalının əməkdaşları da bu fürsətdən yararlanaraq, “Azərbaycanın Səsi” İB-in sədri Faiq Əhmədovdan faciəvi gün barədə bəzi fikirlərini öyrənmək qərarına gəlmişdilər.
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovdan götürdüyümüz video-müsahibəni olduğu kumi izləyicilərimizə təqdim edirik.
Hazırladı: İlkanə Orucova
Emtv.az