18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Niderlandlı diplomat Türkiyə XİN-ə çağırılıb
Bakı, 23 fevral, Emtv.az
Niderland parlamentinin nümayəndələr palatasının Osmanlı imperiyasında 1915-ci il hadisələrinin soyqırımı kimi tanınması barədə qərarından sonra bu ölkənin Ankaradakı müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Emtv.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, diplomata bu qərarla bağlı Türkiyənin narazılığı təqdim olunub.
“Biz niderlandlı siyasətçilərə tarixi siyasətə qatmamağı və Türkiyəyə qarşı qərəzli münasibətə yenidən baxmağı tövsiyə edirik”, - deyə Türkiyə XİN-in nümayəndəsi Hami Aksoy yazılı bəyanatında vurğulayıb.
Qeyd edək ki, fevralın 22-də Niderland parlamentinin aşağı palatasında keçirilən səsvermədə deputatların 142-si qərarın lehinə, 3-ü isə əleyhinə səs verib.
Türkiyə Xarici İşlər Nazirliyinin bu qərarla bağlı bəyanatında 1915-ci il hadisələrinin tarixi faktlara və hüquqi normalara söykəndiyi vurğulanır. “Avropa qanunvericiliyində və Avropa İnsan Hüquqları Məhkəməsində yer alan qərarlar ədaləti ortaya qoyur”, - deyə bəyanatda bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-lərə açıqlamasında Niderland Krallığı parlamentinin nümayəndələr palatasının qondarma “erməni soyqırımı” ilə əlaqədar qərarını qərəzli və qeyri-obyektiv adlandırıb. Qeyd edib ki, saxtalaşdırılmış tarixi faktların qərəzli siyasi məqsədlər üçün istifadə edilməsi düzgün deyil.
Emtv.az