SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Fərhad Əliyevin qohumuna hökm oxundu

21-02-2018, 12:43 | Oxunub: 6 642 |

Fərhad Əliyevin qohumuna hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəlixan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Emtv.az “report”a istinadla xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qohumudur.

O, Bakı şəhəri kiçik özəlləşdirmənin təşkili şöbəsinin rəisi vəzifəsində işləyib.

V.Əliyev uzun müddət axtarışda olub və ötən il həbs edilib.

F.Əliyev 2005-ci il oktyabrın 19-u parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilib. F.Əliyevin qardaşı, “Azpetrol” Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev də həbs olunub. Hakimiyyət çevrilişinə cəhddə ittiham edilən sabiq nazir Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il, qardaşı R.Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

14 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı əsasında F.Əliyev və qardaşı azadlığa buraxılıb.

Xatırladaq ki, F.Əliyevin bibisi oğlu Rafəddin Əsgərov və sabiq nazirin digər qohumu Ramiz Əliyev onun cinayət işi ilə bağlı 2010-cu ildə Ukraynanın Odessa şəhərində həbs edilib. R.Əsgərov Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 206 (qaçaqmalçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə uzun müddət axtarışda olub.

R.Əsgərovun adı sabiq nazirə qarşı irəli sürülən ittihamda hallanıb. İttiham aktında göstərilib ki, “Prestic LTD” MMC-nin ekspeditoru Abdulla Cavadov F.Əliyevin qardaşı, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevin tapşırığı ilə xarici ölkələrə gedib və onun verdiyi pullara qızıl-zinət əşyaları alıb, təyyarə ilə Bakı şəhərinə göndərdikdən sonra bu barədə Rafəddin Əsgərova məlumat verib. Rafəddin Əsgərov öz növbəsində həmin qızıl-zinət əşyalarını gizli şəkildə Azərbaycana keçirib, “Prestic LTD” MMC-nin mühasibatlığına təhvil verib.

2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafəddin Əsgərov 11 il, Ramiz Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Emtv.az
Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR