18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Mədəniyyət şöbəsinin bədii rəhbəri məhkəmə zalında həbs edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Atakişi Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Emtv.az apa-ya istinadən xəbər verir ki, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A. Musayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, ötən ilin iyununda Şabran rayonu ərazisində “Hyundai” markalı avtomobil “VAZ 21-011” markalı maşınla toqquşub.
Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Ölən şəxs rayonun Gəndov kənd sakini, 1974-cü il təvəllüdlü Bağırov Qalib Məmmədəli oğludur.
Hadisə nəticəsində xəsarət alan Elşən Şıxəliyev isə xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə təqsirləndirilən Atakişi Musayev barəsində cinayət işi açılıb.
A. Musayev Şabran rayonu Dəvəçi Kənd Mədəniyyət şöbəsinin bədii rəhbəridir.
Emtv.az