18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Kəşfiyyat hesabatı Konqresə təqdim olundu – ABŞ-dan terror təşkilatı YPG ilə bağlı etiraf
Son zamanlar terror təşkilatı PYD/PKK-ya ABŞ-ın verdiyi dəstəklə bağlı təəccüblü “etiraflar” orataya çıxıb.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) internet səhifəsində keçən ayın sonunda edilən yenilənmələrdəki ölkə profilləri bölümündə PYD/PKK-nın “Suriyadakı xarici mənşəli terror təşkilatları” arasında yer aldığı görülmüşdü.
Bu gün yayılan açıqlamada ABŞ Konqresinə təqdim edilən kəşfiyyat hesabatında terror təşkilatı YPG-nin “PKK-nın Suriyadakı milis qüvvələri” və “muxtar bir bölgə axtarışında” olduğu qeyd olunub.
ABŞ-ın Milli Kəşfiyyatının (DNI) direktoru Dan Coats tərəfindən Konqresə təqdim edilən “ABŞ Kəşfiyyat Cəmiyyətinin Təhdidlərin Dünya miqyasında Qiymətləndirilməsi” hesabatında YPG-nin “PKK-nın Suriyadakı milis qüvvələri olduğu” bildirilib.
ABŞ-ın Milli Kəşfiyyatının direktoru Dan Coats Senatın Kəşfiyyat Komitəsindəki dinləmələrdə həmin hesabatı senatorlara təqdim edib.
Hesabatın Suriya ilə bağlı bölümündə “PKK-nın Suriyadakı milis qüvvələri olan YPG, bir növ muxtar quruluş axtarışındadır. Lakin YPG Türkiyə, Rusiya və İranın müqaviməti ilə qarşılaşacaq”, ifadələri yer alıb.
YPG-nin PKK terror təşkilatının Suriyadakı əlavəsi olduğu açıq şəkildə bildirilən hesabatda bu terror təşkilatının muxtar bir idarəçilik axtarışında olduğunu göstərilməsi diqqət çəkib.
Emtv.az