18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Hökumət Evindən keçmiş icra başçısı Mübariz Ağayev işçiləri qovaraq polisə verdi: “Dedim, məndə pul var?..”
Bakıda Kənd Təsərrüfatı Nazirliyinin Lizinq sektorunda müdirlə işçilər arasında insident baş verib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Nazirliyin Texniki siyasət şöbəsinin müdir müavini, Lizinq sektorunu müdiri Ağayev Mübariz Alı oğlu Bəxtiyar və Mədinə adlı şəxslərdən Səbail rayon Polis İdarəsinə şikayət edib.
Belə ki, adları çəkilən şəxslər fevral ayının 7-də Mübariz Ağayevin otağına girərək səs-küy salıblar, nəticədə sektor müdiri polisə müraciət etmək məcburiyyətində qalıb.
Toplanmış materiallar araşdırılması üçün aidiyyatı üzrə Səbail RPİ-nin 39-cu polis bölməsinə göndərilib.
Baş vermiş hadisə ilə bağlı şikayətçi Mübariz Ağayevlə əlaqə saxladıq və o faktı təsdiq etdi:
“Otağıma hücum edən şəxslər ana və oğuldurlar və eyni zamanda bizim şöbənin əməkdaşlarıdır. Gəlib məndən pul tələb ediblər və bildiriblər ki, xəstəmiz var, kömək elə.
Mən də onlara pul verməkdən imtina etdim. Dedim məndə pul var?
Onlar da üstümə hücum çəkdilər.
Mən də polisə şikayət etmək məcburiyyətində qaldım”, – deyə Mübariz Ağayev qeyd edib.
Xatırladaq ki, Mübariz Ağayev bundan öncə Quba və Göyçay rayonlarının icra başçısı vəzifəsində çalışıb.
Emtv.az