SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Prezidentin tapşırığı ilə Lahıca qaz çəkilir

9-02-2018, 13:23 | Oxunub: 8 674 |

Prezidentin tapşırığı ilə Lahıca qaz çəkilir

İsmayıllı rayonunun Lahıc kəndinə təbii qaz çəkilir.

Emtv.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən (İB) verilən məlumata görə, Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən İsmayıllı rayonunun Lahıc kəndi Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunub. Çətin coğrafi mövqedə yerləşməsinə baxmayaraq, füsunkar təbiətə malik olan kənd istər tarixi abidələri, istərsə də misgərlərin, zərgərlərin, dülgərlərin, xalçaçıların və sair ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri ilə məşhurdur.

Bütün bunlar isə öz növbəsində Lahıc kəndinin turizm bölgəsinə çevrilməsində əvəzsiz rol oynayır.

Məhz son illərdə Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı və turizm potensialından daha səmərəli istifadə olunması istiqamətində apardığı islahatlar Lahıcın da həyatında özünü göstərir. Ölkə başçısının tövsiyələrinə uyğun olaraq Lahıc kəndində turizmın inkişafı, həmçinin burada yaşayan əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə infrastrukturun yaxşılaşdırılması üçün ciddi tədbirlər görülür. Dövlətimizin başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Lahıc kəndinin qısa zamanda təbii qazla təmin olunması üçün qazlaşdırma işlərinə başlanılıb.
Layihəyə uyğun olaraq kənddə yerləşən 510 evin qazlaşdırılması üçün 19 min 300 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı qaz kəmərlərinin, 20 min 800 metr uzunluğunda müxtəlif diametrli metal borularla paylayıcı qaz xətlərinin, eyni zamanda, mətbəxdə yerləşən qaz cihazına qədər 7 min 900 metr mənzildaxili qaz borularının çəkilməsi, hər bir mənzilin qaz sayğacı və fərdi tənzimləyici ilə təmin olunması nəzərdə tutulub.

Cari ilin yanvar ayının əvvəlindən işlərə başlanılıb, ancaq dağlıq relyef olduğundan texnikanın işləyə bilməməsi, qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşıması, havanın şaxtalı, qarlı olması və qaz kəmərlərinin keçəcəyi qayalıq ərazilərin çapılması kimi çətinliklərə baxmayaraq qazlaşdırma işlərinin bu ilin may ayının sonlarına kimi başa çatdırılması planlaşdırılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR