18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Texniki Universitetin tələbəsi yol qəzasında öldü
Lənkəran- Astara yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Emtv.az report.az-a istinadən bildirir ki, “Mitsubishi-Pajero” markalı avtomobil hərəkətdə olarkən qarşısına uşaq çıxıb. Sürücü avtomobili yolun kənarındakı maneəyə çırpıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər, Astara rayonunun Şahağacı kənd sakinləri 2000-ci il təvəllüdlü Rüstəmov Sahib Sədaqət oğlu və 2000-ci il təvəllüdlü Cabbarov Ağamoğlan Fikrət oğlu xəstəxanaya yerləşdirilib.
Həkimlər S.Rüstəmovun həyatını xilas edə bilməyib, o, xəstəxanada ölüb.
***
Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən Rüstəmov Sahil Sədaqət oğlu Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alırmış.
S.Rüstəmov AzTU-nun birinci kurs tələbəsi olub.
AzTU-nun mətbuat xidməti “Report”a faktı təsdiqləyib: “Rüstəmov Sahil Sədaqət oğlu universitetin “Radiotexnika və rabitə” fakültəsinin 317 a4 qrupunda, “Elektronika, telekomnikasiya və radiotexnika” mühəndisliyi ixtisası üzrə təhsil alırdı. İmtahan sesiyası bitdiyi və tətil olduğu üçün Rüstəmov Sahil doğulduğu rayona gedib və çox təəssüf ki, orada bədbəxt hadisə ilə üzləşib. Universitet rəhbərliyi, həmçinin Sahilin təhsil aldığı fakültə rəhbərliyi onun vəfatından kəndərlənir, ailəsinə və yaxınlarına dərin hüzünlə baş sağlığı verir”.
Emtv.az