18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"22 min manat verdim, yazılar kəsildi" - “Gündəlik Bakı” qəzetinin reket baş redaktoru Habil Vəliyevin məhkəməsi davan edir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reket fəaliyyətində ittiham olunaraq həbs edilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi keçirilib.
Emtv.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun icraatında olan prosesdə zərərçəkmiş Xəyalə Məlikova 3 min manat, Hatəm Rəhimov 22 min manat verdiyini deyib.
H. Əhmədov bildirib ki, işlətdiyi otel haqda yazılar yazıb əxlaqsızlıq yuvası kimi təqdim ediblər: “22 min manat verdim, sonra yazılar kəsildi. Pulu Surxay vasitəsilə Habilə verdim”.
Ramil Quliyev isə firması barədə yazılar dərc olunduğu üçün H.Vəliyevə zəng edib: “Dedi yaxşı edib yazmışam. Mən də məhkəməyə verdim, vəkilim Adəm Məmmədov idi. Məhkəmə vaxtı Habilin arxasında kimsə böyük adamın olduğunu hiss elədim. Adəm vasitəsilə məndən 4 min manat istəmişdi, amma pul vermədim. Şikayətim yoxdu”.
H. Vəliyevim bacısı oğlu Pərvin Məmmədov “Cahargah” oteli epizodu ifadə verib: “Cahargah otelin sahibi Nofel oranı əxlaqsız yuva kimi işlədirdi. Biz də bu haqda yazılar yazırdıq. Nofelin özü redaksiyaya gəldi, Habil müəllim onu qovdu”.
Məlum olub ki, P. Məmmədov istintaqa ifadəsində deyib ki, dayısı otel sahibindən 5 min manat pul tələb edib.
Proses fevralın 8-də davam etdiriləcək.
DTX-nın yaydığı məlumata görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib.
Emtv.az