18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bakıda son dərəcə təhlükəli vəziyyət: Sakinlər evlərindən çıxarıldı – Foto/Video
Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında) sürüşmə ilə əlaqədar olaraq 100-dən çox evin sakini ərazidən köçürülüb.
Emtv.az xəbər verir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov “Report”a bildirib ki, sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə İcra Hakimiyyəti və Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürüşmənin aktiv olduğu zonaya gedərək sakinlərlə görüşüblər.
“Camaatla söhbət aparılıb və onlara müvəqqəti olaraq qohum və yaxınlarının evinə köçmələri təklif olunub. Kimin köçməyə yeri yoxdursa, xüsusi olaraq bu işlə əlaqədar rayonun idarə və təşkilatlarında yaradılmış müvəqqəti sığınacaqlara yerləşdirilib. Təxminən 100-dən çox evin sakini köçürülüb”, – deyə İ.Kərimov bildirib.
O, əraziyə baxış keçirildiyini, həmçinin oranın xəritəsinin çıxarıldığını, lakin hazırda təhlükəli zonada neçə evin olduğunun hələ ki müəyyənləşdirilmədiyini əlavə edib.
İcra nümayəndəsi köçürülmənin Səbail Rayon Polis İdarəsi əməkdaşlarının nəzarəti altında həyata keçirildiyini qeyd edib.
Emtv.az