17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Həştərxan polisi azərbaycanlı ölümü ilə bağlı açıqlama yaydı - YENİLƏNİB - FOTO
Azərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının (Məmmədova) ölümü ilə bağlı Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Həştərxan vilayətinin Polis İdarəsi açıqlama yayıb.
Emtv.az report-a istinadən xəbər verir ki, informasiyaya əsasən, hadisə yanvarın 23-də, yerli vaxtla saat 18:20-də (Bakı vaxtı ilə saat 19:20-də) vilayətin Trusovsk rayonunda Tambov-Volqoqrad-Həştərxan şosesinin 1378-ci kilometrliyində olub.
Məlumatda bildirilib ki, 30 yaşlı adı açıqlanmayan şəxsin idarə etdiyi "Volkswagen Passat" markalı avtomobil Magistral küçəsində məşqdən evə dönən 1986-cı il təvəllüdlü Azərbaycan vətəndaşı olan qadını (rəsmi məlumatda ad açıqlanmayıb) vuraraq öldürüb. Hadisə tənzimlənməyən piyada keçidində baş verib. Şosenin həmin hissəsindən piyadanın keçməsində qayda pozuntusu yoxdur. Orada işıqfor və keçid üçün zolaq qoyulmadığından tənzimlənməyən piyada keçidi adlanır.
Ülviyyə Şamilqızının ölümü ilə nəticələnən faktla bağlı Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin Həştərxan vilayəti üzrə şöbəsində prosessual yoxlama aparılır.
Ü.Şamilqızının cənazəsi doğulduğu Gəncə şəhərinə aparılaraq orada dəfn olunacaq.
Qeyd edək ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən "Xalq Cəbhəsi" qəzetində, "Report" İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.
Jurnalistin atası Şamil Məmmədov 1992-ci ildə Qarabağ döyüşlərində iştirak edərkən itkin düşüb. Sonradan ona şəhid statusu verilib.
Allah rəhmət eləsin!
11:19
Azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) Rusiyanın Həştərxan şəhərində avtomobil vuraraq öldürüb.
Emtv.az xəbər verir ki, yaxınlarının report-a verdiyi məlumata görə, mərhumun meyiti hazırda tibbi-ekspertiza məntəqəsindədir. Ü.Şamilqızının cənazəsi doğulduğu Gəncə şəhərinə aparılaraq orada dəfn olunacaq.
Qeyd edək ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən "Xalq Cəbhəsi" qəzetində, "Report" İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.
Allah rəhmət eləsin!
Emtv.az