17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Tahir İmanovdan xalq artistinə cavab: "Nə istəyir, desin" - YENİLƏNİB
Xalq artisti Ramiz Əzizbəylinin "Bəxt üzüyü"nün davamını çəkən "Planet Parni iz Baku" komandasının rəhbərləri Tahir və Cabir İmanov qardaşları barədə inciklik etməsinə qarşı tərəf münasibət bildirib.
Emtv.az bildirir ki, yerli mətbuata açıqlama verən əməkdar artist Tahir İmanovun xalq artistinə cavabı belə olub:
"Ramiz Əzizbəyli böyük sənətkarımızdır, Allahdan ona şəfa diləyirik. Qaldı ki, onun bizim barəmizdə mənfi və ya müsbət fikirlərinə, özü bilər, nə deyir, desin. Haqlı da olsa, haqsız da olsa, özü bilər. Bu fikir başqalarına da aiddir. Kim nə istəyir danışsın, biz heç kimə reaksiya verməyəcəyik".
"Niyə xalq artistindən xeyir-dua almamısınız?" sualına əməkdar artistin cavabı belə olub:
"Mən bu məsələyə şərh vermək istəmirəm".
18:02
Xalq artisti Ramiz Əzizbəyli tərəfindən ekranlaşdırılan "Bəxt üzüyü"nün davamı çəkilib. "Planet Parni iz Baku" komandası tərəfindən ərsəyə gətirilən filmdə xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rafael Dadaşov, əməkdar artistlər Tahir-Cabir İmanov qardaşları və başqaları rol alıb.
Emtv.az xəbər verir ki, "Planet Parni iz Baku" komandasının Ramiz Əzizbəylidən xeyir-dua almaması qarşı tərəfin xətrinə dəyib.
Yerli mətbuata açıqlama verən xalq artisti incikliyini belə ifadə edib:
"Xəstəliklə mübarizə aparıram. Bir müddət öncə də Türkiyədə müalicə olundum. Yəni demək istəyirəm ki, başım özümə qarışıb. İndi sizdən eşidirəm ki, "Bəxt üzüyü"nün davamını çəkirlər. Tahirlə Cabir Süleyman Ələsgərov kimi böyük sənətkarın nəvələridir. İkisi də əjdaha oğlandı. Amma mənə nə zəng edib, nə də yanıma gəlib xeyir-dua istəməyiblər. Özləri bilər. Mən onlara etiraz edən deyildim, sadəcə xeyir-dua verəcəkdim. Çox istərdim ki, o filmə baxım, rəyimi bildirim.
Premyeranın vaxtını mənə deyərsiniz, qaranlıq bir güşədə oturub filmi seyr edəcəm. Səhnəyə dəvət etsələr də, çıxmayacam, çünki şikəstəm, bu vəziyyətlə insanların qarşısına çıxmaq istəmirəm. Cabirgil bu filmi məndən yaxşı çəksələr, hamının yanında onları təbrik edəcəm. Film xoşuma gəlməsə də, onları təbrik edəcəm".
Qeyd edək ki, film Tahir və Cabir İmanovların ssenarisi əsasında çəkilib, quruluşçu rejissor Ənvər Mansurovdur.
Emtv.az