SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıda milyonluq toyu olan gəlinin hansı məmurun qohumu olduğu bilindi

15-01-2018, 13:45 | Oxunub: 10 222 |

Bakıda milyonluq toyu olan gəlinin hansı məmurun qohumu olduğu bilindi

Bakıda yanvarın 13-də baş tutan dəbdəbli toyun səbəbkarlarının vəzifəli şəxslə qohumluğu üzə çıxıb.

Murad Boz, Fərhad Köçər və Mustafa Ceceli kimi məşhurların iştirak etdiyi məclisin səbəbkarı, gəlin Güləndam Əhmədzadə Meliorasiya və Su Təsərrüfatı” Əhməd Əhmədzadənin qohumudur. Daha dəqiq desək, gəlin ASC-nin sədrinin qardaşı nəvəsidir.

Dəbdəbəli məclisə görə toy sahibinin milyonlar xərclədiyi bildirilir.

Qeyd edək ki, “Azmelsutəsərrüfat” ASC əsas məqsədi meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Nizamnaməsinə uyğun olaraq respublikada iqtisadiyyatın müxtəlif sahələrini su ilə təmin edir, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edir, suların istifadəsi və mühafizəsinə dövlət nəzarətini təmin edir, meliorasiya olunmuş torpaqlardan şor suların kənarlaşdırılmasını, sel və daşqın sularına qarşı mübarizə tədbirlərini həyata keçirir, yerüstü su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi baş sxemini, hövzə və ərazi sxemlərini müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır, transsərhəd su obyektlərindən istifadəni, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istismarını təmin edir, meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə sifarişçi funksiyalarını həyata keçirir.

Cəmiyyət qarşısına qoyulan funksiya və vəzifələrini tabeliyində olan idarə, müəssisə və təşkilatlar vasitəsi ilə həyata keçirir. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar müvafiq qanunvericiliyə uyğun olaraq yaradıla, yenidən təşkil edilə və ləğv oluna bilər. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatların rəhbərləri həmin idarə, müəssisə və təşkilatların məqsəd və funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar bu Nizamnaməyə əməl etməli, öz fəaliyyətləri barədə Cəmiyyətə hesabat verməli, Cəmiyyət tərəfindən keçirilən tədbirlərdə və Cəmiyyət qarşısında duran vəzifələrin həllində iştirak etməli və qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirməlidirlər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR