18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Həkim səhvinə görə ölən qızın FOTOLARI - Ailəsi kömək istəyir!
Dekabr ayının 5-də "Grand Hospital"da həkim səhvi ucbatından dünyasını dəyişmiş Ayşən Mirzəyeva üzərində aparılan ekspertiza nəticələri ayın sonunda açıqlanacaq.
Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında mərhumun babası Əlimusa Mirzəyev deyib. O bildirib ki, nəvəsinin ölüm işi Nərimanov rayon Prokurorluğunda araşdırılır: "Deyirlər ki, ekspertizanın rəyini gözləyirlər. Ayın axırına açıqlanacağını demişdilər, amma hələ bir şey yoxdur. Gedib ifadə vermişik. Nəvəmin ölümünə səbəb olan invaziv radioloq İlqar Hüseynov da ifadə verib. İzahatında nə dediyini bilmirik, amma biz onu bağışlamamışıq. Onunla aramızda hansısa barışıqdan söhbət gedə bilməz".
Ə. Mirzəyevin sözlərinə görə, "Grand Hospital"dan onlara İ. Hüseynovun işdən çıxarıldığı deyilib: "Bizə deyiblər ki, həmin həkimi işdən azad etmişik. Amma bizim yasımız var, gedib maraqlanmamışıq ki, düz deyirlər, ya sadəcə bizi sakitləşdirmək üçün belə addım atıblar".
Mərhumun babası Ayşənin fotolarını da bakupost.az-a göndərib və mətbuatdan onun nəvəsinin ölüm işinin diqqətdə saxlanılmasını xahiş edib: "Hörmətli media nümayəndələri, xahiş edirəm ki, bizə kömək edəsiniz. Sap-sağlam Ayşənimin ölümünə bais olanların cəzasız qalmasını istəmirik".
Xatırladaq ki, Ayşən Mirzəyeva noyabr ayının 30-da "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyatı invaziv radioloq İlqar Hüseynov aparıb. Proses zamanı damarın bağlanılması üçün istifadə olunan material Ayşən Mirzəyevanın beyninə gedib və qız komaya düşüb. O, dekabr ayının 5-də vəfat edib.
Emtv.az