SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Mən pulumu Eldar Mahmudovdan tələb edirəm…”

28-12-2017, 15:17 | Oxunub: 5 350 |

 “Mən pulumu Eldar Mahmudovdan tələb edirəm…”

Bu gün həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun apelyasiya məhkəməsi keçirilib.

Emtv.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin icraatında olan prosesdə zərərçəkən Bahəddin Sultanov ifadə verərək V.Ələkbərovdan şikayətçi olmadığını deyib: “Mən 350 min dollar pulu xidməti otağında Mövlan Şıxəliyevə vermişəm. Vüsal Ələkbərovun bir günahı yoxdu. O sadəcə veriləm əmrləri icra edib. Mən pulumu Eldar Mahmudov və Mövlan Şıxəliyevdən tələb edirəm”.
Proses yanvarın 18-də davam etdiriləcək.

B.Sultanov isə polkovnik V.Ələkbərova 370 min dollar rüşvət verdiyi üçün zərərçəkmiş hesab edilib. Onun oğlu İntiqam Sultanov “Texnika Bank”ın Bakı filialında işləyərkən 500 min manat krediti saxta sənədlərlə rəsmiləşdirdiyi üçün MTN tərəfindən saxlanılıb.

B.Sultanov oğlunun həbsdən buraxılması üçün V.Ələkbərovun tələbi ilə ona 370 min dollar verib. Daha sonra İ.Sultanov ev dustaqlığına buraxılıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.
Qeyd edək ki, B.Sultanov özü də dələduzluqda təqsirləndirilir. Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinə baxılır.

Dövlət ittihamçısı çıxışında B.Sultanovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR