SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan ABŞ-ın dəstəyini yüksək qiymətləndirir

28-12-2017, 14:30 | Oxunub: 8 166 |

Azərbaycan ABŞ-ın dəstəyini yüksək qiymətləndirir

Bu il Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri inkişaf xətti ilə davam etdirilib. Bu çərçivədə, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə 28 may-Respublika Günü münasibətilə təbrik məktubu, 31 may-3 iyun tarixlərində Bakıda keçirilmiş 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və Konfransı ilə əlaqədar xoş arzularını ifadə edən məktub ünvanlayıb.

Emtv.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2017-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.

Qeyd edilib ki, Prezident İlham Əliyev ABŞ-ın milli bayramı olan 4 iyul-Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa təbrik məktubu göndərib. 10 iyul tarixində İstanbulda keçirilmiş 22-ci Dünya Neft Konqresi çərçivəsində Prezident İlham Əliyev ABŞ-ın Dövlət Katibi R.Tillersonu qəbul edib. Görüş zamanı ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

“Ölkələrimiz arasında enerji, nəqliyyat, investisiyalar, terrorizmə qarşı mübarizə, aviasiya, turizm kimi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Azərbaycan ABŞ-ın TANAP/TAP layihəsinin inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirir”, – deyə məlumatda vurğulanıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR