18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Təcili : Sudan Osmanlı adası olan Sevakini Türkiyəyə verdi – Ərdoğan istədi Ömər əl Bəşir “tamam” dedi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sudan səfərinin ikinci günündə paytaxt Hartumdan təyyarə ilə Port Sudan hava limanına gəlib.
Emtv.az xəbər verir ki, burada Ərdoğanı Sudan prezidenti Ömər əl Bəşir qarşılayıb.
Ərdoğan daha sonra Osmanlı imperiyasının Sevakin adasını ziyarət edib.
Türkiyə prezidenti Sevakin adasındakı Osmanlı gömrük binası, Hənəfi və Şafi məscidlərini ziyarət edib, TİKA tərəfindən aparılan bərpa işləri barədə rəsmilərdən məlumat alıb. Ərdoğan burada Hənəfi məscidində namaz qılıb.
Daha sonra çıxış edən Ərdoğan Türkiyə üçün mühüm olan xəbəri verib.
“Sevakin adasını bu halda görmək bizləri kədərləndirdi. Yerlə yeksan ediblər. Kim? Qərb. Qərbin xarakterində bu var. Bu gün Ömər əl Bəşirdən xüsusi xahiş etdim. Bu adanı bizə verin, tamamilə bərpa edək və tarixi şəninə layiq bir vəziyyətə gətirək. Sudan bununla fəxr edər. Hətta turizmdə yeni bir addım atırıq. Nədir o yeni addım? İnşallah, ümrə səyahətləri zamanı bir turizm olar. Tarixdə belə idi, buraya gəlib, buradan Ciddəyə gedilirdi. Yeni yollar inşa edərik.
Əziz qardaşım Ömər Bəşir “tamam” dedi. Buranı inşa etmək nə deməkdir bilirsinizmi? Buranı yerlə bir edənlərə cavab vermiş olacağıq. Sizin buraları darmadağın etməyiniz bizim saqqalımızı təraş etməyə bənzəyir. İndi biz buranı elə inşa edəcəyik ki, kəsilən saqqal çox çox bitər, siz bunu görəcəksiniz. Gerisi var gerisini demirəm” deyə Ərdoğan qeyd edib.
1517-ci ildə Yavuz Sultan Səlimin Misiri fəth ilə türk torpaqlarına qatılan Sevakin adası, 1882-ci ildə Misirin ingilislər tərəfindən işğalından sonra, Osmanlı nəzarətindən çıxdı. 24 iyul 1923-ci il tarixli Lozanna müqaviləsinin 17-ci maddəsi əsasında qəti olaraq ingilis idarəciliyində olan Misirə verildi.
Sudanın 1956-ci ildə müstəqilliyini qazanması ilə adı çəkilən ada Sudan torpaqlarının bir parçası oldu.
Emtv.az