18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BMT Təhülkəsizlik Şurasına üzv dövlətlər ər-Riyada raket hücumunu kəskin qınayıb
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına üzv dövlətlər Husi silahlı qruplaşmasının 19 dekabr tarixində Səudiyyə Ərəbistanı Krallığının paytaxtı ər-Riyada ballistik raket hücumunu kəskin qınayıb.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən Avropa.info-ya verilən məlumata örə, Şura üzvləri Husilərin Səudiyyə Ərəbistanına, həmçinin digər region dövlətlərinə qarşı bu hücumları davam etdirmək niyyətində olduğunu bəyan etməsindən narahatlıqlarını ifadə ediblər.
Təhlükəsizlik Şurası üzvləri bütün üzv dövlətləri BMT TŞ-nın müvafiq qərarlarına uyğun olaraq silahlara qoyulmuş qadağanın bütün yönlərini tam icra etməyə çağırıb, bu qadağanın pozulmasının davam etməsini göstərən hesabatlardan narahatlıq keçirdiklərini bildiriblər.
Təhlükəsizlik Şurası üzvləri qeyd ediblərlər ki, Körfəz Əməkdaşlıq Şurası Təşəbbüsü və onun mexanizmləri, Hərtərəfli Milli Dialoq Konfransının nəticələri, BMT TŞ-nın müvafiq bəyanat və qərarları, o cümlədən 2216 saylı qərarı, hamının hərtərəfli danışıqlar aparmasına və Yəmən böhranının siyasi həllinə zəmin yaradır. Onlar bu qərarların hələ də icra edilməməsindən narahatlıqlarını ifadə etmişlər. Təhlükəsizlik Şurası üzvləri bütün tərəfləri, Yəməndə qarşıdurmaya son qoyulması üçün tez bir zamanda son həll və hərtərəfli razılaşmaya nail olunması məqsədi ilə tərəflərin danışıqlara cəlb edilməsi uğrunda ardıcıl səy göstərən BMT-nin Yəməndəki nümayəndəsi İsmayıl Valəd əş-Şeyx Əhmədin fəaliyyətinə öz konstruktiv iştirakları ilə dəstək verməyə səsləyib.
Təhlükəsizlik Şurası üzvləri Yəməndə humanitar vəziyyətin pisləşməsindən öz narahatlıqlarını ifadə ediblər. Onlar bütün tərəfləri, humanitar yardımların və işçilərin bütün əziyyət çəkən bölgə sakinlərinə tez və maneəsiz şəkildə yetişməsinə şərait yaratmağa, ölkəyə əsas idxal məhsullarının, o cümlədən ərzaq, yanacaq və tibbi yardımların alınması və onların hər yerdə paylanmasını sadələşdirməyə səsləyiblər. Bu xüsusda Təhlükəsizlik Şurası üzvləri Səudiyyə Ərəbistanı Krallığının, Hüdeydə limanı ilə bağlı verdiyi bəyanatı təqdir etmişlər. Təhlükəsizlik Şurası üzvləri bütün tərəfləri, beynəlxalq humanitar qanuna əməl etməyə çağırmışdır. Təhlükəsizlik Şurası üzvləri Yəmənin birliyi, suverenliyi, müstəqilliyi və torpaq bütünlüyü ilə bağlı güclü öhdəliklərini bir daha vurğulayıblar.
Emtv.az