18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Jurnalistin atasının ölümünə səbəb olan sürücüyə hökm oxundu – 4 il 11 ay 28 gün həbs, 23 min təzminat
Bu gün Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Emtv.az apa-ya istinadən xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Seymur Qarayev 4 il 11 ay 28 müddətinə azadlıqdan məhrum edilib. S. Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Yol qəzasında ölən Əli Əliyevin oğlu, jurnalist İmdad Əlizadənin 166 min manatlıq mülki iddiası qismən təmin edilib.
Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxsdən maddi ziyana görə 20 min manat, mənəvi zərərə görə isə 3 min manat tutularaq yol qəzasında ölən Əli Əliyevin ailəsinə verilməlidir.
İmdad Əlizadə məhkəmənin hökmü ilə razı olmadığını və apellyasiya şikayəti verəcəyini bildirib.
Xatırladaq ki, ötən prosesdə prokuror çıxış edərək S. Qarayevin 3 il sürücülükdən məhrum olunmaqla, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs-qətimkan tədbirinin seçilməsini, zərərçəkmiş şəxslərin mülki iddiasının təmin olunmasını istəyib.
Prokuror həmçinin Seymur Qarayevin cəzasının ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsini istəyib.
Qeyd edək ki, S.Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 263.1-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.
İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzada xəsarət alan Əli Əliyev 504 gün komada qalıb, bu il iyulun 2-də dünyasını dəyişib.
Emtv.az