18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Məleykə yoldaşıma deyib ki, nəvələrimi oğurlatdıracaq”
Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı qaldırdığı təzminat iddiası üzrə məhkəmə prosesi keçirilib.
Emtv.az “qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Natavan Tağıyevanın icraatında olan prosesdə iştirak edən R.Məlik M.Əsədəovaya qarşı 300 min manatlıq mülki iddia qaldırıb və onu təhqir etdiyini bildirib.
R.Məlikin iddiası icraata qəbul edilib.
Məleykə Əsədovanın vəkili çıxış edərək deyib ki, Ramiz Məlik onun müvvəkkilinin anasına fahişə deyib və özünün geyimi ilə bağlı danışıb: “Məleykə xanım deyib ki, Ramiz Məlik onun validyenlərinin qəbri üstündə diz çöküb üzr istəsə, onu bağışlayacaq”.
Ramiz Məlik isə artıq mətbuata açıqlama verərək üzr istədiyini bildirib: “Mən geyindiyi şortikə görə özünə yazıb irad bildirmişəm. Bunu da teatrın adına söz gəlməməsi üçün etmişəm. Sonra Məleykə evə zəng edərək yoldaşıma deyib ki, nəvələrimi oğurlatdıracaq və məni təhqir edib. Mən artıq bu məsələyə son qoyulmasını istəyirəm”.
Proses 2018-ci il yanvarın 8-də davam etdiriləcək.
Xatırladaq ki, M.Əsədova R.Məlikdən onu təqhir etməsi iddiası ilə 200 min manat təzminat istəyib.
Emtv.az