17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Mətbuat Şurası yenə də “qara siyahı”dakı KİV-lərin adını açıqladı
Mətbuat Şurası “qara siyahı”ya daxil etdiyi nəşrləri “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nı mütəmadi pozmaqda, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm verməməməkdə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşmaqda, səhifələrində insanların şərəf və ləyaqətini aşağılamaqda günahlandırır. Bu istiqamətdə mütəmadi olaraq iclaslar keçirilir və siyahı yenilənir.
Mətbuat Şurasının “qara siyahı”sındakı son vəziyyət necədir?
Bununla bağlı Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Modern.az-a danışıb.
“Əlbəttə, bu il də Mətbuat Şurası kifayət qədər aktiv şəkildə işləyib. Həm Şikayətlər üzrə Komissiya, həm də Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyası işlərini davam etdiriblər. Hər ay onların toplantısı keçirilib və xeyli müraciətlərə, şikayətlərə baxılıb.
Müraciətlərin bir qismi yerindəcə həll olunub və barışıq əldə edilib, yaxud media qurumları verilən rəyləri nəzərə alıb.
Bəziləri isə Mətbuat Şurasının rəyləri ilə hesablaşmayıblar, öz neqativ əməllərini davam etdiriblər. Onların adı Mətbuat Şurasının “qara siyahı”sına daxil edilib. Bu baxımdan 2017-ci ildə də xeyli KİV qurumunun adı həmin siyahıya əlavə olunub”.
M.Ələsgərli qeyd edib ki, 2017-ci ildə adları “qara siyahı”dan çıxarılan KİV nümunələri yoxdur:
“Hazırda “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nı mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladıqlarına görə 91 nəşrin adı “qara siyahı”da qalır. 2017-ci ildə 9 KİV-in adı “qara siyahı”ya daxil edilib. Bunlardan yalnız biri qəzetdir, qalanları saytdır. (“Obyektiv.org” saytı, “Korrupsiyaya yox” qəzeti, “Aztoday.az” saytı, “Dövrün nəbzi” (dovrunnebzi.com) informasiya portalı, “Dünyapress.com” saytı, “Nia.az” saytı, “Reallıq.info” saytı, “Qanunxəbər” İnformasiya Agentliyi (“Qanunxeber.az” saytı) və “Xalqınsesi.com” saytı)”.
Emtv.az