SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Saakaşvili Ali Radaya yürüş edir – Yenilənib

5-12-2017, 19:00 | Oxunub: 10 512 |

Saakaşvili Ali Radaya yürüş edir – Yenilənib

Fotoda Saakaşvilinin üstündə paltarın olmadığı, bir əlində qandalın olduğu görünür. Onu Ali Radaya yürüşdə 150 nəfər tərəfdarı müşayiət edir. Təşkilatlanmış şəkildə meydana doğru hərəkət edirlər, heç kəs onları saxlamağa cəhd etmir.

Emtv.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. Hal-hazır “Yeni qüvvələr hərəkatı” lideri öz tərəfdarları ilə “Mixomaydan” çadırlarının qaldığı Ali Radanın binasına doğru yürüş edir. Ehtimal olunur ki, Saakaşvili kütlə qarşısında çıxış edərək, əhalini kütləvi aksiyalara çağıracaq.
***
Kiyevdə Mixail Saakaşvilinin tərəfdarları onun saxlanıldığı mikroavtobusun qapısını sındıraraq onu azad ediblər.

Ukrayna KİV-ləri xəbər verir ki, Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Saakaşvilini həbs etdikdən sonra onun tərəfdarları siyasətçinin aparıldığı avtobusu mühasirəyə alıblar. Bir neçə saatlıq mühasirədən sonra Saakaşvilinin tərəfdarları avtobusun pəncərələrini sındırıblar, onlara qarşı gözyaşardıcı qaz tətbiq edilib. Buna baxmayaraq, izdiham avtobusun qapısını sındıraraq Saakaşvilini çıxarıblar. Hazırda Saakaşvili öz tərəfdarları ilə birlikdə Kiyevin Kostelni küçəsi ilə irəliləyir.

***
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “cinayətkar təşkilatların iştirakçılarına yardım və onların cinayət fəaliyyətinin gizlədilməsi”ndə şübhəli bilinir.

Emtv.az xəbər verir ki, bu bəyanatla Ukrayna Təhlükəsizlik Xidməti çıxış edib. Siyasətçinin həbsi təsdiqlənib, indi onun sorğusu aparılır. Eyni zamanda Saakaşvilinin vəkili “Ukrayskaya pravda” qəzetinə deyib ki, o, dövlət çevrilişi cinayətində iştirakda ittiham olunur.

Qeyd edək ki, bu səhər Baş Prokurorluq və UTX əməkdaşları onun mənzilinə gələrək axtarış aparmışdılar. O, 8 mərtəbəli evin damına çıxaraq özü atmaqla hədələmişdi.

Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti, “Yeni qüvvələr hərəkatı” partiyasının sədri Mixail Saakaşvilinin evində polis tərəfindən axtarış aparılıb.

Axtarışa etiraz olaraq Saakaşvili yaşadığı 8 mərtəbəli binanın damına çıxaraq aşağı tullanacağını bildirmişdi.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR