18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Gürcüstan: “Atatürk aeroportunda baş verən terror aktını planlaşdıran Əhməd Çataeyv öldürüldü”
Keçən il 45 nəfərin həyatının itirdiyi İstanbul Atatürk Aeroportunda baş verən terror aktının arxasında dayanan şəxs – Əhməd Çatayev keçən həftə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən əməliyyatda öldürüldüyü açıqlanıb.
Emtv.az xəbər verir ki, Əhməd Çatayev Türkiyə KİV-i və ABŞ Konqresinin bir nümayəndəsi tərəfindən terror aktını planlaşdırılan və buna görə məsuliyyət daşıyan şəxs kimi göstərilirdi. Ancaq türk təhlükəsizlik orqanları bu məlumatı təsdiq etməmişdi.
Gürcüstan Təhlükəsizlik Xidmətinin mətbuat katibi Nino Giorqobiani bu gün keçirdiyi mətbuat konfransında əməliyyat zamanı öldürülənlərdən birinin Əhməd Çatayev olduğunu təsdiqləyib.
“Əməliyyat zamanı Çatayev özünü partlatdı” – Giorqobiani belə deyib.
Aparılan əməliyyat zamanı Gürcüstan Xüsusi Təyinatlılarının üzvü və iki şübhəli şəxs ölmüşdü. Bir təhlükəsizlik əməkdaşı yaralanmış, bir şübhəli də həbs olunmuşdu.
BMT-nin “qara siyahı”sında olan Çatayev rusca danışan silahlılara təlim keçmək üzrə məsuliyyət daşıyan yüksəkvəzifəli İŞİD komandiri kimi tanınır.
Emtv.az