SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

AFFA danışılmış oyunlarla bağlı bəyanat yaydı

1-12-2017, 14:38 | Oxunub: 7 115 |

AFFA danışılmış oyunlarla bağlı bəyanat yaydı

AFFA bəyanat yayıb.

Emtv.az Assosiasiyanın saytına istinadən xəbər verir ki, bəyanat “Keşlə” klubunun futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovun ömürlük futboldan uzaqlaşdırılmasına həsr olunub.

Bəyanatda bildirilir ki, idman oyunlarının nəticələrinin manipulyasıyası ilə bağlı Azərbaycan Respublikasının Qanunvericiliyinə əlavə və dəyişikliklər edilib və Cinayət Məcəlləsində bununla bağlı xüsusi maddə öz əksini tapıb (Maddə 192-2): “Danışılmış oyunlarla və onların mümkün fəsadları ilə bağlı AFFA tərəfindən klublar və futbol ictimaiyyəti üçün mütəmadi şəkildə maarifləndirmə işləri aparılır.

Bununla əlaqədar, sonuncu belə tədbir prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə klub nümayəndələri üçün AFFA-nın inzibati binasında noyabrın 13-də keçirilib və idman oyunlarının nəticələrinin manipulyasıyası və danışılmış oyunlar barədə hərtərəfli məlumat verilib. Eləcə də, AFFA-nın son Konfransında idman oyunlarının nəticələrinin manipulyasıyası mövzusunda məlumatlar futbol ictimaiyyətinin diqqətinə çatdırılıb.

Xatırladaq ki, ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olmuş məlumatlar və AFFA-nın apardığı araşdırmalar nəzərə alınaraq, I Divizionda çıxış edən bir neçə klub, futbolçu, inzibati işçilər və hakimlə bağlı İntizam Komitəsinin qərarına uyğun olaraq, müvafiq cəzalar tətbiq olundu”.

Bəyanatda qeyd olunur ki, AFFA oyun alqı-satqısında iştirak edənləri şiddətlə qınayır: “Danışılmış oyunlar” dünyanın, demək olar ki, bütün ölkələrində rast gəlinən neqativ haldır və AFFA idman oyunlarının nəticələrinin manipulyasıyasına qarşı mübarizə aparan müvafiq orqanlarla hərtərəfli əməkdaşlıq etməyə, onlara dəstək verməyə hər zaman hazırdır.

Qeyd etdiyimiz kimi, danışılmış oyunlarla bağlı məsələlər qanunvericilikdə də nəzərdə tutulduğu üçün, təbii ki, hüquq-mühafizə orqanları tərəfindən də müvafiq tədbirlər görülür.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası idman oyunlarının nəticələrinin manipulyasıyası cəhdlərini, bu prosesdə iştirak edən bütün şəxsləri şiddətlə qınayır, bu cür neqativ halların qarşısının alınmasında fəaliyyət göstərən müvafiq orqanlara təşəkkür edir, gələcəkdə də əməkdaşlığa hazır olduğunu bildirir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR