SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

ABŞ-da Türkiyəyə qarşı komik məhkəmə prosesi : Bir andaca “cinayətkar”dan “etirafçı şahid”ə çevrilən Zərrab ifadəsində nələri dedi? – Zərrab “etirafçı” olduqdan sonra oteldəmi saxlanılır?

30-11-2017, 15:19 | Oxunub: 7 070 |

 ABŞ-da Türkiyəyə qarşı komik məhkəmə prosesi : Bir andaca “cinayətkar”dan “etirafçı şahid”ə çevrilən Zərrab ifadəsində nələri dedi? – Zərrab “etirafçı” olduqdan sonra oteldəmi saxlanılır?

ABŞ-ın Nyu- York şəhərində “Halkbank”ın keçmiş baş müdir köməkçisi Hakan Atillanın mühakimə olunduğu məhkəmədə şahid olmağı qəbul edən iş adamı Rza Zərrab dünən ilk dəfə məhkəmə iclasda hakim qarşısına çıxıb.

Avropa.info xəbər verir ki, əlləri qandallı olaraq və narıncı həbsxana paltarıilə məhkəməyə gətirilən Zərrab, ifadəsini türkcə verib.
Zərrab İrana qarşı sanksiyaların pozulması çərçivəsində 7 ittihamı qəbul edib.

2016-ci ildə Florida ştatında saxlanılmasından danışan Zərrab ilk ifadəsi zamanı indi dediklərini niyə deməməsinə haqq qazandırmağa çalışıb. “Nə ilə qarşı-qarşıya olduğumu bilmirdim. Uzun bir səfər sonrası şokdaydım. Doğru cavabları vermədim. Qorxurdum.”

“Niyə etirafçısan” sualına isə Zərrab belə cavab verib: “Məsuliyyəti qəbul etmək və zindanından çıxmaq üçün ən yaxşı yol ABŞ ilə əməkdaşlıq etmək idi. Türkiyəyə ekstradisiya edilməm üçün vəkillər tutmuşam. Bu alınmayınca, suçumu etiraf etməyə qərar verdim.”
Prokurorluqla etdiyi əməkdaşlıq müqaviləsinin üç şərtə bağlı olduğunu deyən Zərrab bu şərtləri sadalayıb. “Tamamilə həqiqətləri anlatmaq, prokurorluqla əməkdaşlıq etmək və bundan sonra heç bir cinayət törətməmək.”

Etirafçı olduqdan sonra oteldə qaldığı iddialarının doğru olmadığını deyən Zərrab, həbsxanada rüşvət ittihamlarını da qəbul edib. “İki həftədir FBİ-nin himayəsi altında Metropolitan həbsxanasında saxlanılıram. Bir məmura mənə spirtli içki və cib telefonundan istifadə üçün rüşvət verdim.”

Zərrab, prokuror müavininin “İrana qarşı sanksiyaları pozma üçün nə etdiniz” sualına belə cavab verib:

“İranlılar qaz və neft satışından əldə etdikləri gəlirləri istifadə edə bilmirdi. 2010 və 2011 illərində İran Mərkəzi Bankının keçmiş rəhbəri Mahmud Bahmani ilə iki dəfə birbaşa görüş keçirmişəm. İran mərkəzi bankına birbaşa nağd pul köçürmək üçün müqavilə bağladım. İran Mərkəzi Bankı ilə müqavilənin pozulmasından sonra aralarında Hüseyn Nəcəfzadənin də olduğu Bank Mellat rəsmiləri görüşüb, ABŞ sanksiyalarını pozmağa başladıq.”

Zərrab 2010-2011-ci illərdə Bank Mellat, 2012-ci ildə Türkiyənin Aktifbank bankı ilə çalışdığını, bu müqavilənin pozulmasından sonra, “Halkbank”a müraciət etdiyini bildirib.

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ilə əlaqəsinin olduğun deyən Zərrab, Aktifbankda hesab açmaq üçün ilk cəhdinin uğursuz olmasının ardından Egəmən Bağışın vasitəçiliyi ilə bankın direktoru ilə görüşdüyünü bildirib.

 ABŞ-da Türkiyəyə qarşı komik məhkəmə prosesi : Bir andaca “cinayətkar”dan “etirafçı şahid”ə çevrilən Zərrab ifadəsində nələri dedi? – Zərrab “etirafçı” olduqdan sonra oteldəmi saxlanılır?

Zərrab əleyhinə şahidlik etdiyi “Halkbank”ın keçmiş baş direktor müavini Mehmet Hakan Atilla haqqında isə bunları deyib:

“Sanksiya qaydaları haqqında bankdakı ən məlumatlı şəxs olduğu üçün onu aradım. ABŞ-ın sanksiyalarını pozmaq üçün bizə yardım etdi.”

“Halkbank” ilə əlaqənin necə başladığı sualına cavab verən Zərrab, Əhməd Alacacı adlı bir zərgərinin ona qızıl ixracı üsulu və “Halkbank”da açılan hesabla transferlərin reallaşdırılmasının mümkün olduğunu söylədiyini bildirib. Halkbank-ın əvvəl onunla çox məşhur olduğu üçün işləmək istəmədiyini söyləyən Zərrab bunları deyib:

“Baş direktor Süleyman Aslan mənə “Qızıl ticarəti etmək üçün çox məşhursan” dedi. Buna baxmayaraq bu işi görmək üçün israr etdim.”

Məhkəmə prosesinin bu yerində prokuror Zərrabı keçmiş nazir Zəfər Çağlayan haqqında ifadə verməyə yönəldib.

Prokuror “Süleyman Aslan sənin təklifini geri çevirəndə niyə Zəfər Çağlayan ilə əlaqəyə girdin” deyə Zərrabdan soruşub.
Zərrab “çünki o iqtisadiyyat naziri idi. “Halkbank”la əlaqə qumaq üçün ona 45-50 milyon rüşvət verdim. Bundan başqa onunla İrana pul transferindən gələn gəlirləri 50/50- yə bölüşmək barədə razılaşdıq”deyib.

Hazırda komediyaya bənzəyən məhkəmə prosesi davam edir. Prosesin 3 gün çəkəcəyi bildirilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR