SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa getmək cinayətdir”-Mövlud Çavuşoğlu

30-11-2017, 15:11 | Oxunub: 10 664 |

“Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa getmək cinayətdir”-Mövlud Çavuşoğlu

“Dörd vətəndaşımızın Türkiyə və Azərbaycanın xəbəri, məlumatı olmadan Dağlıq Qarabağa getməsini öyrənəndə biz də çox məyus olduq”.

Emtv.az apa-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır və Azərbaycan torpaqlarına qanunsuz daxil olmaq cinayətdir: “Xüsusilə Qarabağla bağlı həssas bir durum var. Qarabağ digər 7 rayon kimi işğal altında olan Azərbaycan torpağıdır. Bu səbəblə Azərbaycanda cinayət işi başladılanda, Türkiyədə də cinayət işi başlandı. Hüquqi proses başladı. Prokuror bu adamları niyə icazə almadan getdikləri ilə bağlı sorğuya çağırdı. Proses davam edir. Bu müddətdə həmin 4 şəxs mənə zəng etdilər və bu əməlin cinayət olduğunu və icazə almalı olduqlarını bilmədiklərini dedilər. Mən də bildirdim ki, bunu Azərbaycana deyin. Bu, bir cinayətdir. Nəticədə səfər edən şəxslər orta məktəb şagirdləri deyillər. Orada da Azərbaycanı müdafiə etdiklərini, Xocalı faciəsini qaldırdıqlarını və Qarabağ məsələsində Azərbaycanı dəstəklədiklərini bildirdilər. Amma qanunsuz şəkildə oraya getmələri bir cinayətdir. Nəticədə günahkar olduqlarına, icazə almalı olduqlarını bilmədiklərinə və orada da Azərbaycanı müdafiə etdiklərinə dair Azərbaycana bir məktub yazdılar. Bu, müsbətdir. Amma hüquqi proses başlayıb. Bu bir dərs olsun. Bir də heç kəs Azərbaycan torpağı olan Qarabağa Azərbaycanın icazəsi olmadan getməsin. Biz də, Azərbaycan da bunu qəbul edə bilməz. Bizim mövqeyimiz budur. Bu, həm də dövlətimizin, millətimizin mövqeyidir”.

Qeyd edək ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup şəxs – jurnalistlər Əli Bayramoğlu və Səid Çətinoğlu, sabiq millət vəkili Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb, bu şəxslər beynəlxalq axtarışa verilib.
Manşet xəbərləri

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR