SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Şahin Mustafayev: “İnflyasiya birrəqəmli olacaq”

21-11-2017, 13:56 | Oxunub: 11 077 |

 Şahin Mustafayev: “İnflyasiya birrəqəmli olacaq”

“Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar bu il davam edib. Ötən dövrdə makroiqtisadi sabitliyin təin olunması valyuta rejimin təkmilləşdirilməsi, ixracın stimullaşdırılması istiqamətində əhəiyyətli tədbirlər görülüb. Bu islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan 69-cu yerdən 35-ə yüksəlib. Digər hesabatlarda da Azərbaycan irəliləyib. Sistemli ishlatların davam etidirilməsi, bank sektorunun sağlamlaşdırılması əsas götürülərək növbəti ildə inflyasiyanın 1 rəqəmli olması proqnozlaşdırılıb. 2018-ci ildə ümumi daxili məhsulun 1.5, növbəti illərdə 3.5 faiz artacağı proqnozlaşdırılıb”.

Emtv.az xəbər verir ki, bu sözləri Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, 2018-ci ildə neftin 1 barelinin qiyməti 45, növbəti illər üçün isə 40 dollardan götürülməsi proqnozlaşdırılıb: “2018-ci ildə tədiyyə balansı üzrə müsbət saldonun 1,4 milyard dollar olacağı gözlənilir. Gələn il qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır. Gələn il hasilatın azalması nəticəsində neft sektorunun 1 faiz azalacağı, “Şahdəniz-2” layihəsinin işə düşməsi ilə isə qaz hasilatının artması gözlənilir. Növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5 faizə yaxın artacağı proqnozlaşdırılır. Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək”. Ş.Mustafayev qeyd edib ki, 2018-ci il dövlət büdcəsindən sosial mənzillərin tikintisi ilə bağlı 250 milyon manat nəzərdə tutulub. Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamətlərə uyğun olaraq növbəti ilin xərclərinin sosial və investisiyayönümlülüyü təmin edilib, əhalinin rifah halının və sosial müdafiəsinin daha da gücləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Büdcə layihəsinin tərtibi zamanı İqtisadiyyat Nazirliyinin hazırladığı 2018-2021-ci illər üzrə makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən 2018-ci ildə ÜDM-in 1,5 faizlik, qeyri-neft ÜDM-in isə 2,9 faizlik artım sürəti əsas kimi qəbul edilib”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR