SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ən çox cinayət törətmiş, ən məşhur qatil öldü

20-11-2017, 15:29 | Oxunub: 7 082 |

Ən çox cinayət törətmiş, ən  məşhur qatil öldü

O, yaratdığı və 1969-cu ildə bir sıra qəddar qətllər törətmiş kommunasının işi ilə bağlı ömürlük həbs cəzası almışdı.

O, ABŞ-ın Kaliforniya ştatındakı Korkoran dövlət həbsxanasında (Corcoran State Prison) cəza çəkən 83 yaşlı amerikalı Çarlz Menson idi.

Ötən həftə Ç.Mensonun səhhəti qəflətən pisləşmişdi və o, 5 polisin mühafizəsi altında Kaliforniya ştatındakı Kern Kauntidə, Beykersfild şəhərində yerləşən hospitala aparılmışdı.

İlin əvvəlində də Mensonun durumu ağırlaşmışdı, əməliyyata ehtiyac duyulurdu. Lakin həkimlər "məhbus çox zəifdir" deyərək onun hospitala aparılmasına etiraz etmişdilər.

Ən çox cinayət törətmiş, ən  məşhur qatil öldü

Çarlz Menson "Ailə" (Family") kommunasının banisi və rəhbəri idi. "Ailə" 1969-cu ildə 7 nəfəri, o cümlədən məşhur kinorejissor Roman Polanskinin arvadını, hamiləliyin 8-ci ayında olan Şeron Teyti qətlə yetirmişdi.

Həvəskar gitaraçı, "Beach Boys" qrupunun iştirakçısı olmağa çalışmış Çarlz Mensonun "Ailə"sinin üzvləri narkomanlara çevrilmişdilər və İblisə sitayiş edirdilər. Onlar Mensonun əmri ilə qətllər törətdiklərini deyiblər. Çarlz Mensonun özü də bir neçə nəfəri öldürmüşdü.

Şeron Teyti öldürəndən sonra "Ailə" Los-Ancelesdə məşhur bərbəri, kafe sahibini və sektanın sıravi üzvlərinin tanımadıqları bir neçə nəfəri qətlə yetirmişdilər.

Məhkəmənin qərarı ilə 9 ömürlük həbs cəzası almış Çarlz Menson barədə filmlər və seriallar çəkilib.

Kventin Tarantinonun çəkməyə hazırlaşdığı yeni filminin ssenarisi də Menson barədədir.

Bundan başqa, "Marilyn Manson" qrupu Çarlz Mensonun "şərəfi"nə belə adlanır. Sekta üzvlərindən biri Linda Kasabiyanın soyadı "Kasabian" qrupunun adında "əbədiləşib".

Mərhum Şeron Teytin bacısı Debra Teytin dediyinə görə, Mensonun ölümünü ona zəng edərək xəbər veriblər.

Uzun çəkən məhkəmə prosesinin sonucuqda "Ailə"nin 7 üzvü qaz kamerasında edam cəzası aldı. 1972-ci ildə ABŞ-ın Ali Məhkəməsi edam cəzasını ömürlük həbslərlə əvəzlədi.

Çarlz Menson 45 ildən artıqdı ki, həbsxanadaydı. 2012-ci ildə o, vaxtından əvvəl azad edilməsi ilə bağlı 12-ci müraciətinə rədd cavabı almışdı.

Emtv.az
Ən çox cinayət törətmiş, ən  məşhur qatil öldü

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR