SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bəy toy gecəsi qorxusundan gəlini qoyub qaçdı - VİDEO

20-11-2017, 14:41 | Oxunub: 7 422 |

Bəy toy gecəsi qorxusundan gəlini qoyub qaçdı - VİDEO

Türkiyənin Manisa şəhərinin Yuntdağı ərazisində ənənəvi "toy işgəncəsi" səbəbiylə toydan sonra ona ediləcəklərdən qorxan bəy gəlini qoyub, qaçıb.

Emtv.az Haberler-ə istinadən xəbər verir ki, Yunusemre qəsəbəsində dolanışığını əkinçiliklə təmin edən Ferhat Balaban (26), Berivan Aksoy (26) ilə ailə həyatı qurub. Gənc cütlüyün toy mərasimi keçirilib.

Toydan sonra adətlərinə görə "sağdişlərin"in ona edəcəklərindən xəbərdar olan bəy gəlinin evə gətirildiyi məqamda evin arxa qapısından qaçıb.

Bəyin "sağdiş"i Cihan Balaban adətlərinə görə məhəllədə evlənən hər bəyə "işgəncə" edildiyini bildirərək, ilk dəfə bir bəyin məhəlləni tərk etdiyini deyib.

Digər "sağdiş"lərlə səhərə qədər gözləyəcəklərini deyən Balaban fikirlərinə bu sözlərlə davam edib:

"İllərdir bizim məhəllənin bir adət-ənənəsi var. "Sağdiş"lər olaraq toyun gözəl olması üçün əlimizdən gələn hər şeyi etdik. Bu zamana qədər görünməmiş bir şey oldu. Bəy qaçdı. Ötən illərdə bizə qarşı edilən işgəncələrin əvəzini çıxarmaq istəyirik. Bəyi tapıb, gətirənə və ya gizləndiyi yeri deyənə 500 lirə veriləcək.

Bəyin atası oğlunun toy axşamı qaçmağına səbəb olan "sağdiş"lərdən polisə şikayət edəcəyini deyib.

Ana Ummuhan Balaban isə oğlunun "sağdiş"lərə görə qaçdığını "Mənim uşağıma işgəncə edəcəklər deyə mən qorxurdum. Hətta "Mənə yuxu dərmanı içirsinlər, görməyim, nə edirlər etsinlər" dedim. Necə oldu mən də anlamadım. Övladım qaçıb, qurtulub. Mənim övladımı tapsınlar" sözləri ilə izah etməyə çalışıb.

Məhəllədəki "toy işgəncəsi" adət-ənənəsinə görə bəyin boynuna zınqırov, belinə yəhər taxılır, daha sonra isə ayaqları betonun içinə salınan bəy soyuq su ilə isladılır. Bununla da kifayətlənməyən "sağdiş"lər, bəyi axura apararaq, heyvanların içində gəzdirirlər. Sonra isə bəyin üzünə un və boya tökürlər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR