17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Evi olmayanlara şad xəbər: güzəştli mənzillərin satışı başlayır
Bu günədək “Güzəştli mənzil” elektron sistemində 7 mindən çox insan qeydiyyatdan keçərək elektron kabinetə sahib olub.
Emtv.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Aparatının rəhbəri Anar Quliyev bu gün “MİDA”nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin internet səhifəsinin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, artıq yaxın aylarda Yasamal Yaşayış Kompleksində güzəştli mənzillərin satışına başlanılacaq: “Ümid edirəm ki, vətəndaşlar artıq 2018-ci ilin yay aylarında ilk güzəştli mənzillərə sahib olacaqlar”.
Qeyd edək ki, Yasamal Yaşayış Kompleksinə hələlik 9 və 12 mərtəbəli olmaqla 29 bina daxildir. Binalarda 1,2,3 otaqlı mənzillər satışa çıxarılacaq.
Ümumilikdə alıcılara 1854 mənzil təqdim.olunacaq.
Bu mənzillərdə aylıq ipoteka ödəməsi 300 manatdan artıq olmayacaq.
Qeyd edək ki, mənzillər haqqında daha ətraflı məlumatları www.yasamal.mida.az saytından əldə etmək olar.
Emtv.az