18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanlı aktrisa xəstəxanaya yerləşdirildi - vəziyyəti AĞIRDIR
Tanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffərin xəstəxanaya yerləşdirilməsi haqqında məlumat daxil olub.
Emtv.az xəbər verir ki, xəbərin nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün aktrisanın özü ilə əlaqə saxladıq. Əməkdar artist telefon zəngimizə cavab verməsə də aktrisanın yaxınları yayılan məlumatı təsdiqləyib:
"Kəmalə xanım "Vicdan haqqı" serialından getdiyinə görə uzun zamandır ki, izləyicilərinin böhtanlarına, ağır ittihamlarına məruz qalırdı. Bütün bu təhqirlər və ittihamlar aylardır Kəmalə xanıma çox pis təsir edirdi. Elə bunun nəticəsidir ki, əsəb və stressdən bu səhər Kəmalə xanımın səhhəti ağırlaşdı və səhər saatlarında onu xəstəxanaya çatdırdıq.
Bəzi instagram səhifələri isə Kəmalə xanımın pula görə serialdan getməsini əsas gətirərək onu ittiham da edirdilər. Bilirik, tamaşaçıları Kəmalə xanımın serialdan getməsini istəmirdi, sadəcə olaraq belə alındı. Onu sevənlərdən Kəmalə xanıma qarşı sayğılı və anlayışlı olmalarını xahiş edirik" deyə aktrisanın yaxını bildirib.
Emtv.az