18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İraq İŞİD-ə qoşulmuş 200 azərbaycanlı qadının tutulması xəbərini təkzib etdi – Yenilənib
İraqın Müdafiə Nazirliyi bu ölkədə İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadının saxlanılması barədə xəbərləri təkzib edib.
Emtv.az xəbər verir ki, bu barədə RİA Novosti İraqın Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
“Saxlanılanlar var, lakin sayları çox deyil və onlar müxtəlif millətlərin nümayəndələridir”,- deyə mənbə KİV-ə bildirib.
**
16:54
İraqın təhlükəsizlik qüvvələri İŞİD-lə əlaqədə şübhəli bilinən 512 rusiyalı qadını saxlayıb. Virtualaz.org “Basnews” nəşrinə istinadən xəbər verir ki, bundan əlavə, eyni ittihamla saxlanılanlar arasında 200-ə yaxın azərbaycanlı qadın var.
Mənbəyə görə, Mosulun və Tel-Afarın terrorçulardan azad edilməsindən sonra İraq təhlükəsizlik qüvvələri İŞİD-lə əlaqədə olduqları güman edilən 1500-ə yaxın qadını həbs edib.
“Reuters” bu gün məlumat verib ki, Bəşər Əsədin ordusu müttəfiqləri ilə birlikdə İŞİD-in Suriyadakı son istehkamını – Əbu-Kamal şəhərini ələ keçirib. Bu şəhər İraqla sərhəddə yerləşir. Əbu-Kamalın ətrafındakı kəndlər hələ də terrorçuların əlindədir. Bundan başqa, İŞİD İraqla sərhədə yazın bəzi rayonlara və Liviyadakı bir sıra ərazilərə nəzarəti əlində saxlayır.
Emtv.az