18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Təcili : Rövşən Lənkəranski və keçmiş baş nazir Surət Hüseynova yaxınlığı ilə tanınan “Bakılı Əhməd” İstanbulda güllələndi
İstanbulda “Bakılı Əhməd” ləqəbi ilə tanınan iş adamı Əhməd (soyadı məlum deyil: avropa.info) evində güllələnib.
Emtv.az-ın Türkiyədəki mənbələrdən əldə etdiyi məlumata görə, “Bakılı Əhməd” ləqəbli iş adamı kriminal avtoritet Rövşən Lənkəranski və eyni zamanda keçmiş baş nazir Surət Hüseynovla yaxın olması ilə tanınırmış.
“Bakılı Əhməd”in hətta Rövşən Lənkəranskinin cənazəsinin Azərbaycana yola salınmasında fəal iştirak etdiyi bildirilir. Rövşənin ölümündən sonra isə iş adamının onun qardaşı, gömrük polkovniki Namiq Caniyevlə yaxın əlaqələrinin olduğu qeyd edilir.
“Bakılı Əhməd”in keçmiş baş nazir, hazırda Türkiyədə biznes fəaliyyəti ilə məşğul olan Surət Hüseynovla da yaxşı münasibətlərinin olduğu bildirilir. İstanbulda tekstil biznesi ilə məşğul olan Surət Hüseynova məhz “Bakılı Əhməd”in yardım etdiyi də gələn məlumatlar arasındadır. Mənbə bildirir ki, Surət Hüseynovun biznesinə məhz “Bakılı Əhməd” rəhbərlik edirmiş. Bununla yanaşı Lənkəranski ilə Surət Hüseynov arasında hər hansısa münasibətlərin olub-olmaması haqda məlumat yoxdur.
Bu arada evində güllələnən “Bakılı Əhməd”in ağır yaralı olduğu və İstanbuldakı xəstəxanalardan birinə aparıldığı bildirilir. Onun vəziyyətinin kritik olduğu qeyd olunur.
Emtv.az