18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Qorbaçovun "Çayka"sını Fədayə Laçının atası alıb
Vaxtilə Fədayə Laçın bu avtomobildə gəzərkən şou-biznesimizin ən varlı müğəniləri ona həsəd aparırmış.
SSRİ-nin prezidenti Mixail Qorbaçovun "Çayka" avtomobilini Azərbaycana gətirən şəxsin kimliyi məlum olub.
Emtv.az unikal.org-a istinadən xəbər verir ki, bu şəxs son günlər gündəmdən düşməyən və hazırda həbsdə olan müğənni Fədayə Laçının (Məmmədova) atası Baris Məmmədov olub. O, Mixail Qorbaçovun "Çayka" avtomobilini Moskvadan külli miqdarda vəsait ödəməklə alıb və bu avtomobili Sumqayıt şəhərinə gətirib. F.Laçının atasının bu avtomobili Sumqayıt və Bakının sakinləri ilə yanaşı, məmurlarının da böyük marağına səbəb olub.
Deyilənə görə, atası o dövrdə Azərbaycanın ən varlı biznesmenlərindən biri olub. Fədayə Laçın bu avtomobildə gəzərkən hazırda şou-biznesimizin ən varlı müğəniləri ona həsəd aparırmış.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Fədayə Laçının bacısı İlahə Fəda həqiqətən də Mixail Qorbaçovun "Çayka" avtomobilini Azərbaycana gətirən şəxsin atası olduğunu təsdiqləyib.
Emtv.az