18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanın iki boksçusu Avropa çempionatının final mərhələsində
Türkiyənin Antalya şəhərində keçirilən gənc boksçular arasında Avropa birinciliyində finalçıların adı məlum olub. Azərbaycan millisinin iki boksçusu da həlledici döyüşə adını yazdırıb.
Emtv.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından bildiriblər ki, baş məşqçi Vaqif Şirinovun yetirmələrindən Amin Kuşkov yarımfinal görüşündə İvan Papakinlə (Ukrayna) üz-üzə gəlib. 75 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz rəqibinə heç bir şans verməyib – 5:0. O, finalda rusiyalı Daniel Teterevlə qüvvəsini sınayacaq.
İlk iki görüşünü nokautla bitirən digər idmançımız Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) Yosip Biletiç (Xorvatiya) üzərində də texniki qələbə qazanıb. O, bu dəfə rəqibini üçüncü raundda nokauta salıb. M.Abdullayev qızıl medal uğrunda Yunanıstanı təmsil edən Vaqkan Nanitzanyanla qarşılaşacaq.
Yarımfinalda mübarizə aparan digər iki boksçumuz isə finala yüksələ bilməyib. Həsən İbrahimov (49 kq) Sahil Allahverdiyevə (Gürcüstan), Surət Qarayev (81 kq) Ruslan Kolesnikova (Rusiya) məğlub olduqlarından birinciliyi bürünc medalla başa vurublar.
Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.
Emtv.az