17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Universitet müəllimlərinin əməkhaqları artırılacaq
Azərbaycan Texniki Universitetində (AzTU) noyabr ayının 1-dən etibarən əməkhaqları artırılacaq.
Emtv.az xəbər verir ki, AzTU-nun Mətbuat Xidmətindən verilən məlumata görə, Universitetin Elmi Şurasında qəbul olunan qərara əsasən, rəhbər, inzibati idarəetmə və professor-müəllim heyətinin əməkhaqları 100 AZN məbləğində artacaq.
Tədris-köməkçi və xidmətedici heyətinin əməkhaqları isə 50 AZN məbləğində artacaq.
Növbəti ayının 1-dən hesablanacaq artıma əsasən, universitetin ümumi əməkhaqqı bazası 15 faiz çoxalacaq.
AzTU-nun Elmi Şurasında əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı aparılan müzakirələrdə universitetin rektor əvəzi Xalıq Yahudov bildirib ki, əməkhaqlarının 2018-ci ilin əvvəlində yenidən artırılması nəzərdə tutulub.
Qeyd edək ki, AzTU-da əməkhaqları sonuncu dəfə bu ilin əvvəlində artırılmışdı.
Emtv.az