18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Milli Şuranın mitinqi ilə bağlı 100-ə yaxın şəxs polis bölmələrinə çağırılıb
Aidiyyəti orqanlar Milli Şuranın oktyabrın 28-nə təyin etdiyi mitinqdə iştirak edə biləcək şəxslərin müəyyənləşdirilməsi və onlarla müvafiq iş aparılması istiqamətində səylərini davam etdirirlər.
Emtv.az report.az-a istinadən xəbər verir ki, bu məqsədlə dövlət orqanlarında, səhiyyə, təhsil, mədəniyyət müəssisələrində və digər sahələrdə çalışanlara xüsusi nəzarət həyata keçirilir.
Bu günə kimi daxili işlər orqanları tərəfindən mitinq iştirakçısı olan 100-ə yaxın şəxs polis bölmələrinə dəvət edilib. Müəyyən olunub ki, onların bir qismi 2017-ci ildə Rusiya, İran, Türkiyə və Gürcüstanda səfərlərdə olub. Hazırda həmin şəxslərin xarici ölkələrdəki əlaqələri, müəyyən maraqlı dairələrin nəzarəti altında fəaliyyət göstərib-göstərməmələri araşdırılır. DTX müxalifətin mitinqində terror törətmək istəyən qrupu zərərsizləşdirdikdən sonra bu məsələlər daha ciddi aktuallıq kəsb etməyə başlayıb. O da məlum olub ki, polisə dəvət olunan şəxslərin bir qismi kriminal keçmişə malikdir.
Qeyd edək ki, aksiyanın keçiriləcəyi “Məhsul” stadionunun bir neçə yerində videoçəkilişlər aparılır, mitinqdə iştirak edənlərin foto və videogörüntüləri əsasında cəza tədbirləri həyata keçirilir. Aksiyada iştirakı müəyyən edilənlərin əvvəl fotoları çıxarılır. Onlar rəhbərlik tərəfindən çağırılaraq faktlar sübut kimi qarşısına qoyulur və heç bir izahat tələb etmədən işdən kənarlaşdırılırlar. Mitinqdə iştirak edənlərin “maraq üçün getmişdik”, “danışdıqları ilə razı deyilik” kimi bəhanələrinə diqqət yetirilmir. Tədbir işçilərinin özləri ilə yanaşı, həm də yaxınlarının təzyiqlərə məruz qaldığı barədə məlumatlar var.
Xatırladaq ki, Milli Şuranın bundan əvvəlki mitinqlərində iştirak edən orta məktəb müəllimləri, MİS işçiləri, hətta mədəniyyət sahəsində çalışan tanınmış şəxslər belə işlərindən kənarlaşdırılıblar. Həmçinin aksiyada iştirak edən tələbələr də bu və ya digər bəhanələrlə ciddi cəza tədbirlərinə məruz qalıblar.
Emtv.az