18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Fənərbaxça”dan dəstək: Azərbaycan candır – Foto
Dünyada gördüyüm ən təmiz, ən məsum, ən saf hislərlə edilmiş bir xoreoqrafiyadır.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Türkiyənin “Fənərbaxça” futbol klubunun azarkeşləri sosial şəbəkədəki səhifələrində “Qarabağ”lı azarkeşlərə dəstək nümayiş etdirirərək bu fikirləri bildiriblər
Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezelin öz yazısında A4 formatlı kağızda “Qarabağ” yazan azarkeşləri tənqid və təhqir etməsi fənərbaxçalı azarkeşləri və klub üzvlərini qəzəbləndirib. Klub üzvləri bildiriblər ki, bu xoreoqrafiyanı məsxərəyə qoyanlar bizdən deyil:
“Bir çox səhifələrdə lağ edilən bu xoreoqrafiya azmış kimi bir də qəzetdə bunu “əzik” kimi qələmə veriblər. Lağ edənlər, alçaldanlar bizdən deyil. Azərbaycan candır”.
Qeyd edək ki, “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakat dünya mediasının diqqətini cəlb edib. Türkiyənin ən nüfuzlu qəzetlərindən olan “Sabah” qəzeti “Əzik xoreoqrafiya” başlığı ilə xəbər yayımlayıb. Xəbərin müəllifi Mevlüt Tezel adlı köşə yazarı olub. Bu yazı ölkəmizdə geniş rezonans doğurub və yazar kəskin tənqid olunub.
Emtv.az