18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ərdoğan: “Türkiyə və Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasında olmasın?”
“Niyə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olmasın, niyə Türkiyə olmasın?..”
Bu sözləri Apa-nın Türkiyə müxbirinin sualına cavabında Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R. T. Ərdoğan D-8 təşkilatının İstanbulda keçirilən IX zirvə toplantısından sonra mətbuat konfransı keçirib.
APA-nın “zirvə toplantısındakı çıxışlarınızda verdiyiniz mesajlar “dünya 5-dən böyükdür” konsepsiyanızın tərkibi və davamı idi. Beynəlxalq təşkilatların güc və potensialını bu fəlsəfəyə yönləndirmə istiqamətində hansı fikir və düşüncələriniz var” sualına Türkiyə prezidenti belə cavab verib: “Dünənki toplantımızı izlədinizsə, orada deyilənləri və bu gün dediklərimizi dalğa-dalğa böyütməyi artıraraq davam etdirəcəyik. Bütün məsələ özümüzə ortaq tapmağımızdır. İkitərəfli görüşlərimizdə dünyadakı ölkələr “gözəldir, olmalıdır” deyirlər, ancaq “bu işləri birgə görək” deyəndə hamısında qorxaqlıq olduğunu görürsünüz. Nədən qorxursunuz? Mənafe münasibətləri bir çox ölkənin bu məsələdə mövqe müəyyənləşdirməsinə mane olur. Halbuki 5 ölkə dünyanı hal-hazırda sanki idarə edir. Onlar bizim haqlarımızı bizə vermə məsələsində qərarlı ola bilərmi? Xeyr. Onların işinə necə gəlirsə, o cür hərəkət edirlər.
Yanılmıramsa, hal-hazırda BMT-nin üzvü olan 196 ölkə var, onların taleyi 5 ölkənin əlindədir. Hətta 5 deyil, bəzən 1 ölkənin əlindədir. O ölkə “yox” deyəndə qərar qəbul edilməz. Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasının üzvü olmasın? Türkiyə niyə BMT Təhlükəsizlik Şurasında olmasın? Diqqət yetirin, hal-hazırda BMT Təhlükəsizlik Şurasında əhalisi müsəlman olan bir ölkə belə yoxdur. Bu cür ədalət olarmı? Və bunun qitələr arasındakı bölgüsünü də ədalətli yapmaq lazımdır. 20 ölkə olacaqsa, 20 olsun, 30 olacaqsa, 30 ölkə olsun. O 30 ölkə növbəli şəkildə BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələrin haqlarına bərabər şəkildə malik olaraq dünyanı idarə etsinlər.
Müvəqqəti üzv olmasın, hamısı daimi üzv olsun. Məsələn, 2 il olsunlar. İki il 15 üzv olsa, növbəylə idarə edəcəklər. Birinci dönəmdə yaddaş kimi qalacaq, ikinci dönəmdə isə daha güclü çalışacaq. Proses bu şəkildə olsa, onda dünyada ədalətə nail olmaq asanlaşacaq. Heç bir ölkə “Mən BMT TŞ-yə girə bilmədim” deməyəcək, çünki biləcək ki, 5-6 ildən sonra ona da növbə gələcək.
Amma hal-hazırda belə bir şey yoxdur, indi nəinki daimi üzvlük, müvəqqəti üzv olmaq üçün belə yapılan lobbiçilik işlərinin sayı-hesabı yoxdur. Halbuki müvəqqəti üzvlüyün heç bir dəyəri yoxdur. Ona görə də, mən ədalət axtarıram”.ərdoğan
Emtv.az