18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanda “Ferrari” istehsal olundu, həm də çox ucuz – Video
Azərbaycanlı gənc boş vaxtlarını avtomobil yığmaqla keçirir. Lap həqiqi avtomobil. Onun yığdığı avtomobillər məşhur dünya brendi olan “Ferrari” markasının “Formula” və “Lotos” avtomobilləridir. Bu gəncin istedadı haqqında eşidəndə onunla görüşməyi qərara aldım.
Emtv.az sputnik.az-a istinadən xəbər verir ki, Sübhan bizə yığdığı avtomobillərin Binəqədi qəsəbəsində olduğunu bildirib, bizi Binəqədiyə dəvət elədi. Sübhan Sadıqov Azərbaycan Texniki Universitetini bitirib. Konstruksiya işlərinə marağı onu avtomobil yığmağa gətirib çıxarıb. Və gənc ilk avtomobilini – “Ferrari” markasından olan “Formula” avtomobilini yığmağa başlayıb.
“Formula” avtomobilini 2011-ci ildə yığmağa başlayıb və 2014-cü ildə bitirib. Avtomobilin yığılmasının ona 18 min manata başa gəldiyini bildirən Subhan, 2015-ci ildə yeni bir avtomobil yığmağa başlayıb. Bu dəfə tanıdığı insanlardan biri ona maliyyə dəstəyi olub.
İkinci avtomobil 7 min manata başa gəlib: “İkinci avtomobili bir il müddətinə yığdım. Avtomobilləri satmaq istəsəm də, sənədləri olmadığı üçün sata bilmirəm. Ara-sıra reklam şirkətləri reklam çəkilişləri üçün müraciət edir. Avtomobilə çəkdiyim xərcin 1/4-ni çıxara bilmişəm. “Formula”-nı 35 min manata, “Lotos”-u isə 18 min manata saytlara satışa qoymuşam. Maraqlanan çoxdur, amma alan yoxdur”.
S.Sadıqov bildirir ki, hazırda avtomobillər benzin mühərrikiylə çalışır. Amma o istəyir ki, elektriklə işləyən mühərrik düzəltsin: “Avtomobilləri sırf Tesla kimi yığmaq istərdim. Amma bunun üçün, ən azı 12 min manat pula ehtiyac var. Hazırda “Formula”-ya BMW mühərriki qoymuşam. Avtomobil 120 at gücündədir, mühərrikin gücü 1800-dür. Orijinalı 700 at gücündədir”.
“Bütün dəmirlərini özüm kəsib yığmışam, bircə rəngləməyi mən etməmişəm. Avtomobilin yığılmasında “Qazel”, “Mercedes”, BMW-nin və digər avtomobillərin hissələrindən istifadə edilib. “Formula” avtomobillərində dəmirdən istifadə edilmir. Amma mən bunu sırf dəmirlə yığmışam. Bu avtomobil adi dəmir avtomobillər kimi yığılıb. Mənim hazırladığım avtomobilin çəkisi orijinal “Formula”dan 200 kiloqram çoxdur. Bunun çəkisi 800 kiloqramdır. “Lotos” isə “VAZ 21-07″ mühərriki ilə yığılıb” – deyən Sadıqovun sözlərinə görə, yığdığı “Formula” avtomobili 2007-ci ilin modeli əsasında hazırlayıb, avtomobilin rənglənməsi 3000 manata başa gəlib. DYP-yə avtomobillərə sənəd almaq üçün müraciət edən Subhan deyir ki, avtomobillər “Sport” olduğundan, onlara sənəd verilmir: “Formula” ilə şəhərə çıxmıram. Amma “Lotos”-la çıxmışam. Polislər saxlayır, maraqlanırlar. Biləndə ki, özüm düzəltmişəm, cərimə yazmırlar. Onlara da maraqlı gəlir”.
Sübhanın sözlərinə görə, hazırda ancaq avtomobildən reklam çəkilişləri zamanı gəlir əldə edir. Belə ki, reklam şirkətlərindən biri ona 1 aylıq kirayə üçün 4 min manat verib. Elə Sübhanın da istəyi odur ki, avtomobili reklam çəkilişləri üçün istifadəyə verib gəlir əldə etsin. Hazırda Sübhan Sadıqov kabel televiziyalarından birində çalışır. Deyir ki, yeni avtomobillər yaratmaq fikri olsa da, bunun üçün imkanı yoxdur. Ancaq onun əl işlərinə dəyər verib, sponsorluq etmək istəyən olsa, o, hər markadan avtomobil yığa bilər.
Emtv.az