SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İranda Şeyx Məhəmməd Xiyabaninin məzarı dağıdıldı – Video

9-10-2017, 12:25 | Oxunub: 9 575 |

İranda Şeyx Məhəmməd Xiyabaninin məzarı dağıdıldı – Video

İranda Azərbaycanın tarixi şəxsiyyətlərinə qarşı sistemli təhriqamiz hərəkətlər davam edir.

Emtv.az xəbər verir ki, son günlərdə sosial şəbəkələrdə Məşrutə inqilabının böyük liderlərindən olan Şeyx Məhəmməd Xiyabaninin məzarının təxrib edildiyini əks etdirən video yayılıb. Videodan göründüyü kimi, İran rejiminin əlaltıları tarixi Məşrutə mübarizinin qəbir daşına hörmətsizlik edib, onun altını torpaqdan boşaldıblar.

Məlumata görə, qəbir inşaat layihəsinin icrası bəhanəsi ilə dağıdılıb.

Tehranda Şah Əbdüləzimdə yeləşən qəbiristanlıqda Şeyx Məhəmməd Xiyabanının məzarı Sərdar-i Milli Səttarxanın məzarının bir neçə metrliyində yerləşir. Hər iki məzar olduqca adi və baxımsız vəziyyətdədir. Bu məzarlar hətta zaman-zaman müxtəlif bəhanələrlər təxrib edilir və aşağılanır. Şeyx Məhəmməd Xiyabanının qəbir daşı 2014-cü il iyun ayında da naməlum şəxslər tərəfindən təxrib olunub, məzarın üstünə inşaat tullantıları atılıb.

Sərdar-i Milli Səttarxanın da məzarı Şəyx Məhəmməd Xiyabanının məzarı kimi baxımsız vəziyyətdə olub, lakin onun məzarı ötən illərdə Azərbaycan Milli Hərəkatı fəalları tərəfindən təmir edilib, təxrib edilmiş qəbir daşı isə yenisi ilə dəyişdirilib.

Cari ilin fevral ayında isə Salar-i Milli Bağır xanın Təbrizin Məfaxir Parkında yerləşən məzarı ətrafında ayaqqabı sərgisinin keçirilməsinə qərar verilib, lakin əhalinin kəskin etirazı nəticəsində bu qərar ləğv edilib.

Qeyd edək ki, azərbaycanlılar bu acınacaqlı vəziyyəti gördükləri üçün, uzun illərdir Azərbaycan qəhrəmanlarının məzarını Azərbaycan şəhərlərini köçürmək istəyir, lakin rejim buna imkan vermir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR