SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ərdoğanın Ukraynaya rəsmi səfəri başladı

9-10-2017, 12:13 | Oxunub: 7 706 |

 Ərdoğanın Ukraynaya rəsmi səfəri başladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri başlayıb.

Emtv.az “report”-a istinadən xəbər verir ki, dövlət başçısını səfərdə baş nazirin müavini Fikir Işık, Silahlı Qüvvələrin Baş Qərargah rəis Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, Avropa İttifaqı üzrə nazir və baş müzakirəçi Ömer Çelik, ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki, iqtisadiyyat naziri Nihat Zeybekci, nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan, meşə və su işləri üzrə nazir Veysel Eroğlu, qida, kənd təsərrüfatı və heyvandarlıq məsələləri üzrə nazir Ahmet Eşref Fakıbaba müşaiyət edirlər.

R.T.Ərdoğan Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısına qatılacaq, ukraynalı həmkarı Petro Poroşenko ilə görüşəcək, ikitərəfli əlaqələr və regiondakı vəziyyətlə bağlı məsələləri müzakirə edəcək. Səfər zamanı Türkiyə ilə Ukrayna arasında strateji əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsini nəzərdə tutan müxtəlif müqavilə və protokollar imzalanacaq.

Türkiyə prezidenti Ukrayna parlamentinin sədri Andrey Prubiy və baş nazir Vladimir Qrosmanla ayrı-ayrılıqda biraraya gələcək.
R.T.Ərdoğan Ukrayna rəsmiləri ilə görüşdə Krım məsələsi və Krım türklərinin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparacaq.

Onun Ukraynadakı Türkiyə vətəndaşları ilə görüşü də nəzərdə tutulub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR