17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Erməni nazir müavinindən Avropada həyasızlıq
Ermənistan Suriyadan olan 22 min qaçqına sığınacaq verib.
Emtv.az axar-a istinadən xəbər verir ki, bunu BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 68-ci iclasında çıxışı zamanı Ermənistanın Xarici İşlər nazirinin müavini Aşot Ovakimyan söyləyib. Onun sözlərinə görə, Ermənistan qəbul etdiyi qaçqınların sayına görə Avropada üçüncü yeri tutur.
Diqqəti çəkən isə erməni nazirin həyasızca yalanıdır. Belə ki, Ovakimyan guya Azərbaycanın ermənilərə qarşı “etnik təmizləmə” siyasəti apardığını və bu siyasət ucbatından erməni qaçqınların yarandığını bildirib. Daha bir həyasızlıq isə Ovakimyanın Azərbaycanı aprel döyüşlərini başlamaqda ittiham etməsi olub.
Qeyd edək ki, Ermənistanın Azərbaycanın torpaqlarını işğalı və etnik təmizləmə siyasəti nəticəsində 1 milyon azərbaycanlı 30 ilə yaxındır ki, qaçqın və məcburi köçkün halında yaşayır. Ermənistan həmçinin monoetnik dövlət kimi də tanınır və ərazisindən demək olar ki, bütün etnik xalqları zorla çıxarıb və ya qətlə yetirib.
Emtv.az