17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
Oktyabrın 3-də gecə saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
Emtv.az xəbər verir ki, Gəndov-Yalama yolunun 44-cü kilometrliyində “Azsamand” və “Lada Largus” markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, altı nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar Bakı şəhər sakinləri İsmayılova Elnurə Mahir qızı, İsmayılova Aynurə Mahir qızı, Hüseynov Emil Vaqif oğlu, Quliyeva Nərmin Urfan qızı, Dağıstan Respublikasının Dərbənd şəhər sakinləri Şükürova Firəngiz Ayıbovna və Abasova Gülnaz Ənsər qızıdır.
“Lada” markalı avtomobilin sərnişini, Dərbənd şəhər sakini olan bir nəfər qadın isə qəzada həyatını itirib.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılara müvafiq tibbi yardım göstərilib. Onların ikisi Bakı şəhərindəki tibb müəssisənə göndərilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.
Emtv.az