18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Amerika vətəndaşları Şamaxı dağlarında kömək gözləyir – ABŞ-dan zəng
Bu gün 06:48 rədələrində Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüş və bir qara Nissan Patrol avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Emtv.az xəbər verir ki, Administrasiyaya istinadən xəbər verir ki, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb.
Hal hazırda mümkün vasitələrlə axtarış – xilasetmə əməliyyatları həyata keçirilməkdədir.
***
FHN Şamaxıda dağda köməksiz qalan şəxslərlə bağlı məlumat yayıb.
Emtv.az xəbər verir ki, nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dövlət Dəniz Administrasiyasından daxil olmuş məlumata əsasən, Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında xarici vətəndaşların olduğu 2 ədəd “Nissan” markalı avtomobil çətin keçilən dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının müvafiq qüvvə və texnikası əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək.
Emtv.az