SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Xədicə İsmayılın xaricdən ard-arda aldığı “mükafatların” şok sirri… – Müdhiş korrupsiya və vergidən yayınma (Özəl)

2-10-2017, 13:35 | Oxunub: 9 508 |

 Xədicə İsmayılın xaricdən ard-arda aldığı “mükafatların” şok sirri… – Müdhiş korrupsiya və vergidən yayınma (Özəl)

Jurnalist Xədicə İsmayılın son günlər xarici ölkələrdə bağlı olduğu dairələrdən ard-arda mükafatlar almasının sirri bəlli olub.

Emtv.az xəbər verir ki, avropa.info bildirir ki, diplomatik korpusa yaxın olan mənbələrdən əldə etdiyi məlumata görə, Xədicə İsmayıla verilən mükafatlar əslində mükafat deyil, qarant layihələridir.

Mənbənin sözlərinə görə, Azərbaycan hökumətinin son illər qarant layihələri ilə bağlı qanunlara xüsusi diqqət etməsi xarici dairələri qrant pullarını “mükafat” şəklində göndərməyə vadar edib.

“Hökumət son dövrlər xaricdən transfer olunan qrant pullarının hansı sahələrə xərclənməsi məsələsini ciddi nəzarətə götürüb. Məhz bu səbəbdəndir ki, xarici dairələr Xədicə İsmayıla və onun tövsiyyə etdiyi şəxslərə qarant pullarını artıq mükafat şəklində verir. Xədicənin son günlər aldığı ard arda iki mükafat, alternativ Nobel mükafatı sayılan “Right-Livelihood-Award” (Dürüst Həyat Mükafatı) və “Allard” mükafatı əslində qarant layihələridir. “Fritt Ord” Fondunun Azərbaycan adına “meydan tv” -yə verdiyi mükafat da əslində qarant layihəsidir və bu qarant layihəsinin meydan tv-yə verilməsi də Xədicənin vasitəçiliyi ilə baş tutub. Əslində, Xədicə qrantı mükafat adı ilə almaqla vergiyə ödəməli olduğu xeyli miqdarda pulu dövlətdən gizlətməyə çalışır” -deyə mənbəmiz qeyd edir.
Mənbənin bildirdiyinə görə, hazırda Xədicə İsmayılla Əli Kərimli düşərgəsi və bəzi müxalif jurnalistlər arasında “sərin küləklər” əsməkdədir.

“Xədicə İsmayıl xaricdə bağlı olduğu şəxslərə müxtəlif adamlardan donos göndərir. Bəzi hallarda isə müxalif jurnalistləri, QHT sektorunda olan müxalif şəxsləri xaricdəki havadarlarına yazacağı ilə hədələyərək, onların imzalarından da faydalanır. Bir neçə dəfə bu yolla hazırladığı “siyasi məhbus” siyahısına imza atdırıb. Xaricdən qrant ala bilməyəcəyindən ehtiyyat edən müxalifətçilər Xədicə ilə münasibətlərini yaxşı saxlamağa çalışırlar. Xədicə onları təhqir etsə belə, ona cavab vermir, sosial şəbəkələrdə onu müdafiə edirlər.

Xədicə müxalif düşərgədə olan bəzi gəncləri məhz pulla ələ alaraq, onlardan sosial şəbəkələrdə istifadə edir, həm də xarici dairələr qarşısında müxalifətçi gənclər tərəfindən dəstəkləndiyi görüntüsü yaradır. Son günlər Əli Kərimli düşərgəsi və bəzi müxalif jurnalistlərin Xədicə İsmayıl arasında olan narazılıqların səbəbi də məhz qrant pulları ilə bağlıdır” – mənbəmiz belə deyir.
Qeyd edək ki, iki gün öncə jurnalist Hafiz Babalı Xədicə İsmayıla ard -arda “mükafat”ların verilməsinə etiraz etmişdi.

Hafiz Babalı facebook-da yazdığı statusunda Xədicə İsmayıla verilən mükafatların əslində jurnalistikada olan xidmətlərinə görə deyil, xaricdə olan dostlarının dəstəyi ilə aldığını demişdi. Xədicə İsmayılın özünün korrupsiya ilə məşğul olduğunu qeyd edən Babalı, onun jurnalistika qarşısında bir çəpər olduğunu bildirmişdi.

 Xədicə İsmayılın xaricdən ard-arda aldığı “mükafatların” şok sirri… – Müdhiş korrupsiya və vergidən yayınma (Özəl)

Müzakirələrə qoşulan Xədicə əvvəlcə xislətinə yad bir şəkildə Hafiz Babalıya mükafat almaqda yardımçı olacağını(? :red) vəd etsə də, jurnalist buna sərt reaksiya vermişdi.

“Əziz Xədicə, mən mükafat xəstəsi deyiləm. Yazdıqlarıma görə də az, cox qonararımı alıram. Mənə bəs edir. Sadəcə, dostlarına arada de ki, Azərbaycanda başqa cəsarətli jurnalistlər də var. Bunu etmirsən. Mənim tanıdılmağım üçün isə heç nə etməməyini xahiş edirəm”.

 Xədicə İsmayılın xaricdən ard-arda aldığı “mükafatların” şok sirri… – Müdhiş korrupsiya və vergidən yayınma (Özəl)

Bundan sonra, əsl üzünü göstərən Xədicə, Hafiz Babalını və digər müxalif jurnalistləri qorxaqlıqda ittiham edərək, onları “başdanxarab” adlandırmışdı.

“Mən iş yerimdə problemlər başlayan kimi, hədəfə düşən kimi ölkədən çıxıb getsəydim, yaxud imzamı yazılara qoymaqdan çəkinsəydim, yəqin heç yerdə tanınmazdım”.

Lakin Hafiz Babalı da Xədicəyə tutarlı cavab vermişdi : “Mənim bu statusumda vermək istədiyim əsas mesajı da tutmamış deyilsən: sən bilərəkdən, ya bilməyərəkdən mübariz jurnalistikanın qarşısında mayak deyil, bir çəpərsən. Xətrinə dəysə də, də dəyməsə də, reallıq budur.”

Fizulu Dehqanini adlı şəxsin “Fritt Ord Fondunun Azərbaycan adına “Meydam TV” -yə mükafat verməsi düz mütənasibliyi pozur” deməsi isə qalmaqalı daha da böyütmüşdü :“Burda həyatı təhlükə altında fəaliyyət göstərən jurnalistlər daha layiq idi o mükafata. Nəinki Almaniyada rahat jurnalistika ilə məşğul olanlar”.

 Xədicə İsmayılın xaricdən ard-arda aldığı “mükafatların” şok sirri… – Müdhiş korrupsiya və vergidən yayınma (Özəl)

Müzakirələrin qızışması ilə Xədicə İsmayıl həmikarları haqqında təhqirləri sıralayaraq, onları “qorxaq”, “başdanxarab” adlandırmışdı.

 Xədicə İsmayılın xaricdən ard-arda aldığı “mükafatların” şok sirri… – Müdhiş korrupsiya və vergidən yayınma (Özəl)

Müzakirəni Hafiz Babalı hamını bildiyi həqiqəti açıq şəkildə yazmaqla bitirmişdi.

“Xədicəyə paxıllıq və qibtə etmirəm. Sıradan jurnalistdir. Sadəcə, sizin kimi dəstəkçisi çoxdur”.

PS. Müzakirələrdən də sezmək mümkündür ki, dava “mükafat” davası deyil, qrant pullarının bölüşdürülməsi ilə bağlıdır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR