17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Qarabağ döyüşçüsü ölüm aclığına başlayır
Qarabağ döyüşçüsü Cəmşid Rzaquliyev ölüm aclığına başlayacaq. Bu barədə o, özünün facebook səhifəsində yazıb.
Müharibə iştirakçısı uzun müddətdir müxtəlif problemlərdən əziyyət çəkir. Ən ciddi problem isə onun səhhəti ilə bağlıdır. Qarabağda döyüşlərdə yaralanan C.Rzaquliyev normal müalicə ala bilmir.
Aldığı yaralardan əziyyət çəkən döyüşçü əlillik dərəcəsi də ala bilməyib.
Qarabağ qazilər birliyinin mətbuat xidmətinin rəhbəri, qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu C.Rzaquliyevin problemlərindən xəbərləri olduğunu deyib: “Cəmşidin problemlərindən xəbərimiz var. Mən və birliyimizin sədr müavini Firudin Məmmədov onunla görüşüb. Ona kömək etməyə cəhd eləmişik, amma təəssüflər olsun ki, alınmayıb. Jurnalist həmkarımın vasitəsi ilə onun sağlamlıq problemini Səhiyyə Nazirliyinin rəhbərliyinə də çatdırmışıq.
Bunun da nəticəsi olmadı! Onun digər qardaşı da Qarabağ müharibəsində iştirak edib və Qarabağ əlilidir. Ümumiyyətlə, ölkəmizdə Qarabağ əlillərinə, şəhid ailələrinə, veteranlarına münasibət ürək açan deyil. Lazım olan bütün qanunlar var, amma icra edilmir. Döyüşçülər taleyin ümidinə buraxılıb”.
Emtv.az